Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Dalidag.az xəbər verir ki, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq

Ermənilər Kəlbəcərdən çıxmağa başlayıblar. Necə çıxdıqlarını hamınız görürsünüz. Şərhə ehtiyac yoxdur. Amma burda bir məsələni xatırlatmaq istəyirəm ki, bu vandalların törətdiklərini elm və sənət adamları bütün detalları ilə tarixləşdirib saxlamalıdırlar. Hazırda bizim yaşadıqlarımız hayların tamamilə məhv edilməsi üçün əsas verir. Fəqət, heç də ədalətli olmayan dünya şübhəsiz ki, buna imkan verməz. Hə, bəzi həmvətənlərimiz yazırlar ki, bütün bu vəhşiliklər rus "sülhməramlı" larının gözü

Bu gün Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri, Yazıçılar Birliyinin üzvü, Dədə Şəmşirin yadigarı Qənbər Qurbanovun doğum günüdür. Ömrünün 27 ildən çoxunu Kəlbəcərsiz keçirməyə məcbur qalan el ağsaqqalının həsrətinə son qoyuldu. Bu ilki doğum gününü böyük sevinclə qarşılamaq düşdü qismətinə, ulu yurdu Kəlbəcər azadlığına qovuşdu. "Kəlbəcər düşmən işğalından azad olunsun, hamımız gedək doğma torpaqlarımıza, ömrümüzü yaxşı başa vuraq.

Türkiyə Azərbaycana əsgər göndərilməsi ilə bağlı qanun layihəsini Böyük Millət Məclisinə təqdim edib. Dalidag.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, bu qanun layihəsi Türkiyə və Azərbaycan arasında daha öncələr imzalanmış qarşılıqlı hərbi yardımlaşma sazişinə müvafiq olaraq hazırlanıb. Vurğulayaq ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan lideri arasında imzalanmış atəşkəs bəyannaməsi ilə Qarabağda hərbi əməliyyatlar dayandırılıb, Rusiya

Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin harada saxlanılması məlum olub. Dalidag.az xəbər verir ki, bu barədə Dilqəm Əsgərovun qardaşı Sahib Musayev sosial şəbəkədə məlumat yayıb. S.Musayev qeyd edib ki, Qırmızı Xaç Komitəsi cümə günü - noyabrın 13-də Ermənistanın Şirak vilayətində hər iki girova baş çəkib. O hər iki şəxsin sağ-salamat olduğunu bildirib. Dalidag.az

Kəlbəcəri tərk edən ermənilər heyvanları öldürüb, leşlərini əraziyə atırlar. Dalidag.az bildirir ki, ermənilər at və uzunqulağı apara bilmədikləri üçün başlarını kəsib atırlar. Qeyd edək ki, buna qədər Kəlbəcəri tərk edən ermənilərin evləri yandırması, ağacları qırması və elektrik dirəklərini çıxarması ilə bağlı görüntülər yayımlanmışdı. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın birgə imzaladığı bəyanata

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir. Nazirlikdən verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Xatırladaq ki, bundan əvvəl

Bugün Kəlbəcər günüdür. Doğrudur, bu sətirlər yazılarkən, Kəlbəcərin boşaldılması sürəcinin daha 10 gün uzadıldığı rəsmi olaraq duyuruldu, lakin bu, ümumi gedişatı durdura bilməz, gün yenə Kəlbəcər günüdür, ürəyimiz yenə Kəlbəcərçün atır, Kəlbəcərə can atır, inamımızda 10 gün deyil, 10 saat deyil, 10 saniyəlik də tərəddüd yoxdur. Olsun ki gələcəkdə tarixçilərimiz arasında Kəlbəcərin azad edilməsi gününə münasibətdə 10 günlük fərq mükaliməsi yaşansın; inşallah ki bu fövqəladə məsələ sayılmaz.

"Azərbaycanın humanizmindən, “üzüyumşaqlığından” istifadə edib, həyasızlıqla daha 10 gün vaxt istəyirlər ki, Kəlbəcərin olan-qalan qızılını, meşələrini talan edib, Kəlbəcəri başdan-ayağa yandırıb, hər künc-bucağını minalayıb, cəhənnəm olsunlar..." Dalidag.az xəbər verir ki, bunu Əməkdar jurnalist Rəhman Orxan öz facebook səhifəsində qeyd edib: "Ermənilər 30 il Qarabağı dağıdıb-sökdülər, bəs olmadı ki, onlara vandallıq, vəhşilik üçün hələ bir 10 gün də vaxt verilir?Onlara heç bir vaxt güzəşti

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir”. Dalidag.az -ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev
Yazı axını