Reklam
Jurnalistlərin qurultayının vaxtı dəyişdi
07-10-2026 13:24

Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, təşkilat komitəsi tədbirin keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib ki, bu da hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir.
"Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatlara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin "presscouncil.az" veb-saytındakı "Azərbaycan jurnalistlərinin IX qurultayı" bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya [email protected] elektron ünvanına göndərmək) çağırır".
Qeyd edək ki, nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq.
Qurultay oktyabrın 16-da saat 09.00-da öz işinə başlayacaq.
Dalidag.az
Kateqoriya: Media
Tarix: 07-10-2026 13:24
Baxış sayı: 394Yazı axını
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
20 / 10 / 2026
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
14 / 10 / 2026
Ən çox oxunanlar


























