Kəlbəcər SMSİİ rəhbərliyi və kollektivi bayram tədbirində iştirak ediblər 

27-11-2026 14:33
Noyabrın 25-də Kəlbəcər Şəhəri Günü münasibətilə  bayram tədbiri keçirilib.
Dalidag.az-ın xəbərinə görə, tədbirdə Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin (Kəlbəcər SMSİİ) rəisi Azər Xankişiyev və idarənin əməkdaşları da iştirak ediblər.

Bayram tədbirində Kəlbəcərin zəngin tarixi, mədəni irsi, qədim ənənələri, eləcə də şəhərin azad olunmasından sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin əhəmiyyəti vurğulanıb.

Çıxışlarda Kəlbəcərin hər bir azərbaycanlı üçün xüsusi mənəvi dəyər daşıdığı, doğma yurda qayıdışın xalqımızın tarixi Zəfərinin təntənəsi olduğu qeyd edilib.

Kəlbəcər SMSİİ-nin rəhbərliyi və kollektivi də doğma şəhərin inkişafı, abadlaşması və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək Kəlbəcər Şəhəri Günü münasibətilə bütün kəlbəcərliləri təbrik ediblər.

Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 27-11-2026 14:33
Baxış sayı: 321
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını