Reklam
Kəlbəcər Rayon İcra Hakimiyyəti 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirib
12-11-2026 13:56
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında 12 Noyabr – Konstitusiya Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın konstitusion quruculuğunun banisidir” mövzusunda tədbir keçirilib.Dalidag.az-ın xəbərinə görə, tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqil dövlət quruculuğunun inkişaf etdirilməsi, hüquqi və demokratik cəmiyyətin formalaşdırılması istiqamətində həyata keçirdiyi tarixi missiyadan bəhs olunub.
Qeyd edilib ki, müstəqilliyin ilk illərində ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə milli dövlətçilik prinsiplərinə əsaslanan yeni Konstitusiyanın hazırlanması istiqamətində mühüm addımlar atılıb. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşdırılmasında mühüm mərhələ olub.
Çıxışlarda xüsusi vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını təşkil edir. Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, dövlət hakimiyyətinin təşkili, qanunun aliliyinin təmin edilməsi və cəmiyyətin demokratik inkişafı ilə bağlı fundamental prinsiplər öz əksini tapıb.Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası uğurla davam etdirilir. Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin olunması ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasına, genişmiqyaslı quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə möhkəm zəmin yaradıb.Həmçinin qeyd olunub ki, ölkəmizdə həyata keçirilən şəhərsalma və memarlıq siyasəti milli-mənəvi dəyərlərin qorunması, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və insanların rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 12-11-2026 13:56
Baxış sayı: 313Yazı axını
12 / 11 / 2026
11 / 11 / 2026
11 / 11 / 2026
10 / 11 / 2026
09 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
07 / 11 / 2026
06 / 11 / 2026
05 / 11 / 2026
04 / 11 / 2026
04 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
02 / 11 / 2026
02 / 11 / 2026
01 / 11 / 2026
31 / 10 / 2026
Ən çox oxunanlar



























