Reklam

Başlıbel kənd sakini Zeynəb Yunus qızı Həşimova vəfat edib. Qeyd edək ki, Z.Həşimova “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimovun anası, istedadlı aşıq Şəhriyar Kəlbəcərlinin nənəsidir. Dəlidağ.az olaraq mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbir diləyirik. Allah rəhmət eləsin!

Kəlbəcər rayonu ərazisində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az -ın məlumatına görə, bədbəxt hadisə Kəlbəcər–İstisu avtomobil yolunun Kəlbəcər şəhərindən keçən hissəsində qeydə alınıb. Kəlbəcər şəhər sakini, 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarə etdiyi "Kia" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı divara çırpılıb. Ağır xəsarətlər alan sürücü B.Nuriyev hadisə

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov Bərdə rayonu, Cəyirli kəndi, Cəyirli kənd tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə

Kəlbəcərli şair-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ələmdar Keştəkliyə ağır itki üz verib. Onun ömür-gün yoldaşı Şərafət Həsən qızı Əmiraslanova uzun sürən xəstəlikdən sonra vəfat edib. "Dalidag.az" kollektivi və Azərbaycan Jurnalistlər Birliyinin Kəlbəcər bölməsi olaraq Ələmdar Keştəkliyə, övladlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı verir, kədərlərinə şərik olduğumuzu bildiririk. Allah rəhmət eləsin!

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Dalidag.az xəbər verir ki, qurumdan verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə isə qar yağıb. Kəlbəcərdə yağıntının miqdarının 4 mm-dək qeydə alındığı bildirilib. Dalidag.az

Kəlbəcərin Yuxarı Qılınclı kəndində doğulmuş texnika elmləri doktoru, dosent Musa İsmayıl oğlu Kazımov dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, Musa Kazımov zəngin pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yüzlərlə tələbəyə texniki fənləri tədris edib, sənaye sahəsi üçün savadlı mütəxəssislər hazırlayıb. Tanınmış alimin vəfatı ilə bağlı ailəsinə, yaxınlarına və kənd sakinlərinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, RİH-in məsul əməkdaşları şəhid Şəhriyar Kamil oğlu Abdullayevin ailəsini ziyarət edilib. Dalidag.az -ın xəbərinə görə, ziyarət zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük
“Şəhərsalma və memarlıq: Kəlbəcərin müasir inkişafı və milli memarlıq ənənələri” mövzusunda dəyirmi masa keçirilib - Fotolar
(19-10-2026, 14:04)
(19-10-2026, 14:04)

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətində “Şəhərsalma və memarlıq: Kəlbəcərin müasir inkişafı və milli memarlıq ənənələri” mövzusunda dəyirmi masa keçirilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti məsələləri şöbəsinin sektor müdiri Eldəniz Məmmədov, sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin, şöbə müdiri Xanoğlan Əhmədov, Sosial-iqtisadi məsələlər, informasiya

Anası sağ olanda da Əmrah yetim imiş Yurdun, Vətənin qəribi kimi O Əmrah yadıma düşdü, nə düşdü... ...Qəhər məni boğur, dilimdə kəlmələrim, əlimdə qələmim donur, elə bil ki, 2007-ci ilin fevral ayıdı, Gəncədən üzüyuxarı Hacıkəndə qalxırıq, bizi aparan köhnə “Jiquli”nin “dizləri qırılıb” qalır “Qoşabulaq”dan aşağıdakı “Hacıkənd” yazılan sərt döngədə. Ha çalışırıq… düşüb itələyirik, qar-çovğun imkan vermir ki, irəli, Hacıkəndə, əslində, Kəlbəcərə, Murovdağa sarı bir addım ataq. Donurduq, əynimiz

Məşhur kəlbəcərli el şairi Əli Bimarın oğlu Arif dünyasını dəyişib. Qeyd edək ki, Arif Bimar oğlu həm də şair Vüqar Şirinoğlunun dayısıdır. Dalidag.az olaraq mərhumun doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Yazı axını
30 / 10 / 2026
30 / 10 / 2026
29 / 10 / 2026
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
20 / 10 / 2026
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
Ən çox oxunanlar
























