Bu gün Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir. Qurultayda Azərbaycan Mətbuat Şurasının yeni rəhbərliyinin və İdarə Heyətinin formalaşdırılması istiqamətində səsvermə başlayıb. Dalidag.az xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən qurultayda ölkənin müxtəlif media qurumlarının, informasiya agentliklərinin, qəzetlərin, xəbər portallarının və jurnalist təşkilatlarının nümayəndələri iştirak edirlər. Mətbuat Şurasının əvvəlcədən açıqladığı məlumata əsasən, qurultayda

Azərbaycan jurnalistlərinin qurultayının vaxtı dəyişdirilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatında deyilir. Məlumatda bildirilir ki, təşkilat komitəsi tədbirin keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib ki, bu da hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir. "Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatlara qurultaya nümayəndələrin və

Adını əzəmətli Dəlidağdan götürdük. Uca olsun, ucalıqlara qovuşsun deyə. Hədəfimiz təkcə çətinlikləri aşıb zirvəyə çatmaq deyildi. Həm dağın adını yaşadaq dedik, həm də sözüylə, əməliylə elə Dəlidağ qədər ucalığa layiq insanlarımızın yoluna işıq salmaq istədik. 7 il əvvəl məhz sentyabrın 29-da dəyərli ziyalı, peşəkar jurnalist Namiq Dəlidağlı sanki yurd həsrətini az da olsa ovutmaq üçün Dalidag.az saytını təsis etdi və biz yenə az tərkibli komandayla böyük işlər görmək amalıyla işə başladıq.

Namiq Dəlidağlı "Manevr.az" -ın qurucusu Dünən "Manevr.az" saytının fəaliyyətə başlamasının 10 ili tamam oldu. Bu, 10 il fasiləsiz xəbər istehsalı və yayımı ilə məşğul olan bir media qurumu üçün kiçik rəqəm deyil. 10 illik məsuliyyətin, zəhmətin göstəricisi və bəhrəsidir. Bunu deməkdə fikrim özümüzü "qəhrəman" kimi təqdim etmək deyil, sadəcə gerçəyi dilə gətirməkdir. Deməli, müstəqil Azərbaycanın media tarixində çətinliklərə rəğmən, bizim də imzamız var. Həm də ona görə ki, qapılar döymədən,

Bu gün Manevr.az saytının 10 yaşı tamam olur. Manevr.az və Dalidag.az eyni fikir və məramın daşıyıcısı olan iki informasiya resursudur. Hər iki sayt eyni yaradıcı mətbəxdə formalaşır, eyni peşəkarlıq prinsiplərinə söykənir və eyni qurucunun ideyalarını yaşadır. Buna görə də bu gün 10 yaşını qeyd edən Manevr.az-ın yubileyi Dalidag.az üçün də doğma və qürurverici bir gündür. Bu münasibətlə Manevr.az -ın 10 illik yubileyinə həsr olunmuş yazını Dalidag.az oxucularının diqqətinə təqdim edirik: On

Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. "Əkinçi" Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet xalqın aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən

4-cü Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici qonaqları daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib. Dalidag.az xəbər verir ki, builki Forum “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçiriləcək. Qeyd edək ki, 53 ölkədən 160-a yaxın xarici qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyi, 60-dan çox media qurumu, 10-a yaxın beynəlxalq təşkilat və şirkət, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan

"Söz odası" jurnalının ikinci sayı işıq üzü görüb. Dalidag.az -ın xəbərinə görə, jurnalın bu nömrəsində də müxtəlif mövzularda maraqlı yazılar yer alıb. Doktor Nağdəli Zamanovun "Aşıq Şəmşir yaradıcılığında tibbi etika" adlı elmi məqaləsi ilə başlayan dərgi şair-publisist Əkbər Qoşalının Sabir Rüstəmxanlı yaradıcılığına həsr etdiyi yazı ilə davam edir. "Ədəbiyyat tarixi" rubrikasında Gəncə Dövlət Universitetinin müəllimi Vüsal Hicranın "Nizami Gəncəvinin "Leyli və Məcnun " poemasının filoloji

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist Zümrüd Nöhbala qızı Baloğlanova vəfat edib. 1946-cı ildə doğulan Zümrüd xanım ömrünün 60 ildən çoxunu bu şərəfli peşəyə həsr etmişdi. Jurnalistlik fəaliyyətinə 1964-cü ildə “Sosialist Sumqayıtı” qəzetində başlayan qələm sahibi, sonradan “Kimyaçı” qəzetində məsul katib və məşhur “Kirpi” satira jurnalında felyeton şöbəsinin redaktoru kimi çalışıb. O, uzun illər “Kirpi” jurnalının yeganə yaradıcı qadın əməkdaşı olaraq cəsarətli

Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür. Dalidag.az bildirir ki, anadan olmasının 189-cu ildönümü tamam olan Həsən bəy Zərdabi müsəlman Şərqində ilk milli mətbuatın, xeyriyyəçilik hərəkatının və milli teatrın əsasını qoyan, eyni zamanda ilk təbiətşünas alimlərdən biri kimi böyük ehtiramla yad edilir. 1837-ci il iyunun 28-də Zərdab kəndində dünyaya gələn Zərdabi ilk təhsilini mollaxanada alıb, daha sonra Tiflisdə orta təhsilini başa vurub.
Yazı axını