Reklam
Tanınmış jurnalist vəfat etdi: O, kəlbəcərlilərin dostu idi
08-07-2026 23:02
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist Zümrüd Nöhbala qızı Baloğlanova vəfat edib.1946-cı ildə doğulan Zümrüd xanım ömrünün 60 ildən çoxunu bu şərəfli peşəyə həsr etmişdi. Jurnalistlik fəaliyyətinə 1964-cü ildə “Sosialist Sumqayıtı” qəzetində başlayan qələm sahibi, sonradan “Kimyaçı” qəzetində məsul katib və məşhur “Kirpi” satira jurnalında felyeton şöbəsinin redaktoru kimi çalışıb. O, uzun illər “Kirpi” jurnalının yeganə yaradıcı qadın əməkdaşı olaraq cəsarətli materialları ilə seçilib.
Jurnalda işlədiyi dövrdə Kəlbəcər üzrə bölgə müxbiri kimi də fəaliyyət göstərən Zümrüd xanım, bu füsunkar yurdun təbiətindən, "İstisu"dan, eləcə də Kəlbəcərin mərd və qonaqpərvər insanlarından hər zaman ağızdolusu, böyük sevgi və heyranlıqla söz açardı.
Müstəqillik illərində, 1993-cü ildə Sumqayıtda “Möhür” kiçik müəssisəsini quraraq ilk sahibkar jurnalist xanımlardan biri olan Zümrüd Baloğlanova, bu sahədə həm naşir, həm də redaktor kimi fəaliyyət göstərib. O, həm də xeyriyyəçi kimi tanınır, hər iki Qarabağ müharibəsində ordumuza, şəhid və qazi ailələrinə böyük dəstək nümayiş etdirirdi.
Ömrünün sonuna qədər dövri mətbuatda mütəmadi çıxış edən fədakar jurnalistin əziz xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Dalidag.az ailəsi olaraq dəyərli həmkarımız Zümrüd Baloğlanovanın vəfatı ilə əlaqədar qızı Nigar Hüseynovaya və digər doğmalarına dərin hüznlə başsağlığı veririk!
Allah rəhmət eləsin!
Nigar Nəriman
Dalidag.az
Kateqoriya: Manşet / Media
Tarix: 08-07-2026 23:02
Baxış sayı: 4333Yazı axını
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
Ən çox oxunanlar




























