(Zülfi Bayram oğlu Əmrəliyevin əziz xatirəsinə...) Bir vaxtlar eyni sinifdə oturardıq, eyni yollarla gedər, eyni xəyalları qurardıq. O günlərdə heç ağlımıza da gəlməzdi ki, bir gün bu yolların birində ayrılıq dayanacaq... İlk ayrılıq Başlıbelin işğalı ilə başlandı. Amma tez toparlandıq, yenidən bir araya gəldik. Uşaqlığımızdan bu günə qədər uzanan dostluğumuzun bu qədər tez bitəcəyinə inanmaq çətindir. İllər keçdi, çox şey dəyişdi, amma dostluğumuzun xatirələri dəyişmədi. İndi sən yoxsan...
Yazı axını