Kəlbəcərdə növbəti səyyar tibbi müayinə təşkil olunub

04-11-2026 13:30
 
FB_IMG_1793777109996Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Poliklinika və Terapiya şöbələrinin həkimləri tərəfindən Kəlbəcər şəhərində sakinlərlə növbəti səyyar tibbi görüş təşkil olunub.
Görüşün əsas məqsədi əhalinin sağlamlıq vəziyyətinin yerində qiymətləndirilməsi, tibbi xidmətlərin əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və sağlam həyat tərzinin təşviqi olub.
Tibbi aksiya çərçivəsində sakinlərin arterial təzyiqi və qanda şəkərin səviyyəsi ölçülüb, ürək-damar, tənəffüs sistemi və digər xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müayinə olunublar.
Həkimlər tərəfindən mövsümi xəstəliklərdən qorunma yolları, düzgün qidalanma, profilaktik tədbirlər və sağlam həyat tərzinin əhəmiyyəti barədə sakinlərə ətraflı məlumat verilib. Eyni zamanda, vətəndaşları maraqlandıran suallar cavablandırılıb, onların sağlamlıq vəziyyətinə uyğun tibbi tövsiyələr təqdim edilib.
Sakinlər göstərilən diqqət və qayğıya, tibbi xidmətlərin bilavasitə yaşayış yerlərində təşkilinə görə xəstəxananın rəhbərliyinə və tibb işçilərinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası tərəfindən əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi, profilaktik müayinələrin təşkili və sağlamlıq maarifləndirilməsinin gücləndirilməsi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir. Bu çərçivədə səyyar tibbi xidmətlərin rayonun digər ərazilərində də təşkili nəzərdə tutulur.
Əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və hər bir sakinin tibbi yardıma əlçatanlığının təmin olunması xəstəxananın fəaliyyətinin əsas istiqamətlərindəndir.

Dalidag.az








Kateqoriya: Kəlbəcər
Tarix: 04-11-2026 13:30
Baxış sayı: 311
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını