Prezident İlham Əliyev vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması və xidmət müddətini başa vuran hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, çağırış 2027-ci il yanvarın 1-dən 30-dək keçiriləcək. Sərəncama əsasən, 2009-cu ildə doğulan və çağırış günü də daxil olmaqla həmin tarixədək 18 yaşı tamam olan, habelə 1997–2008-ci illərdə doğulan və yaşı 30-dək olan Azərbaycan vətəndaşları hərbi xidmətə çağırılacaqlar. Çağırış müddətli

Qarabağ döyüşlərində 2 il 6 ay əsirlikdə olan qazi Faiq Şikar oğlu Məmmədov vəfat edib. Dalidag.az xəbər verir ki, F.Məmmədov infarkt nəticəsində həyatını itirib. Bildirilib ki, uzun illərdir Mingəçevir şəhərində məskunlaşmış mərhum bu gün Ağdam rayonunda dəfn olunacaq. Qeyd edək ki, F.Məmmədov 1992-ci ildə əsir düşüb. O, 2 il 6 ay düşmən əsirliyində qaldıqdan sonra oradan qaça bilib. oxu.az Dalidag.az
Yazı axını