Reklam
Kəlbəcərdə dəhşətli qəza: Sürücü həyatını itirdi, həyat yoldaşı yaralandı
29-10-2026 11:51

Kəlbəcər rayonu ərazisində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Dalidag.az-ın məlumatına görə, bədbəxt hadisə Kəlbəcər–İstisu avtomobil yolunun Kəlbəcər şəhərindən keçən hissəsində qeydə alınıb. Kəlbəcər şəhər sakini, 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarə etdiyi "Kia" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı divara çırpılıb.
Ağır xəsarətlər alan sürücü B.Nuriyev hadisə yerindəcə dünyasını dəyişib. Qəza zamanı avtomobildə olan onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Əminə Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 29-10-2026 11:51
Baxış sayı: 229Yazı axını
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
20 / 10 / 2026
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
Ən çox oxunanlar


























