"Kəlbəcərə Qayıdış" İctimai Birliyinin Zəfər təbriki!

08-11-2026 10:59


Bu gün Azərbaycan tarixinin ən şanlı, ən qürurlu günüdür. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad edərək xalqımıza Zəfər sevincini yaşatdı.

Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin canı, xalqımızın birliyi hesabına qazanıldı. Biz Kəlbəcərlilər üçün bu Zəfər həm də doğma yurdumuza qayıdışın müjdəsi oldu. Bu gün Kəlbəcər yenidən qurulur, yenidən dirçəlir, qayıdış artıq reallıqdır.

Bu əlamətdar gündə bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq.

"Kəlbəcərə Qayıdış" İctimai Birliyi olaraq Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik!
Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Azərbaycan xalqı!

Dalidag.az




Kateqoriya: Karusel / Sosium
Tarix: 08-11-2026 10:59
Baxış sayı: 388
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını