Göygöldə ölümlə nəticələnən yol qəzası olub. Dalidag.az -ın xəbərinə görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Toğanalı kəndindən keçən hissəsində qeydə alınıb. "Hovo" markalı yük maşını idarəetmədən çıxaraq, divara çırpılıb. Nəticədə sürücü, 58 yaşlı Göyçay sakini Əhliman Qəfərov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Dalidag.az
Yazı axını