Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası tikilir. Ölkə başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən inşa edilən stansiya Qubadlı rayonunun tarixində yaradılan ilk su elektrik stansiyası olacaq. Dalidag.az xəbər verir ki, bu barədə AzərEnerji ASC məlumat yayıb. Bildirilib ki, stansiyanı dayanıqlı su ilə təmin etmək üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində

Fərid Muradzadə İnsan bu dünyaya hədd öyrətməyə deyil, həddini öyrənməyə gəlir. (Əli Abdullayev) Y azın son ayı idi. Hava yazdan daha çox payız havasına bənəyiridi. Bozumtul, ilıq və yorucu bir hava vardı. Parkın sol girişindən içəri doğru uzanan yenicə rənglənmiş skamyalardan birində əyləşmiş gənc cütlüyə baxaraq dilinin altında nəsə deyən kişi diqqətimi cəlb etmişdi. O gəncləri süzərək dodaqaltı deyinirdi. On doqquz-iyirmi yaşlarda olan gənclər elə bil bu dünyada deyildilər. Bir-birinə elə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dalidağ.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülür. Qeyd edək ki, Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Dalidağ.az

Başlıbel kənd sakini Zeynəb Yunus qızı Həşimova vəfat edib. Qeyd edək ki, Z.Həşimova “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimovun anası, istedadlı aşıq Şəhriyar Kəlbəcərlinin nənəsidir. Dəlidağ.az olaraq mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbir diləyirik. Allah rəhmət eləsin!

Kəlbəcər rayonu ərazisində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az -ın məlumatına görə, bədbəxt hadisə Kəlbəcər–İstisu avtomobil yolunun Kəlbəcər şəhərindən keçən hissəsində qeydə alınıb. Kəlbəcər şəhər sakini, 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarə etdiyi "Kia" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı divara çırpılıb. Ağır xəsarətlər alan sürücü B.Nuriyev hadisə

Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Dalidag.az -ın Ermənistan mediasına istinadən xəbərinə görə, parlament “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında” çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə, 32 nəfər isə əleyhinə səs verib, bitərəf qalan olmayıb. Qeyd edək ki, bu ilin may ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “TRIPP

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov Bərdə rayonu, Cəyirli kəndi, Cəyirli kənd tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə

"Həkəri çayı üzərində 100 milyon kubmetrlik su anbarı tikiləcək". Dalidag.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib. O bildirib ki, Laçın rayonunda Həkəri çayı üzərində içməli su təyinatlı su anbarının tikintisi nəzərdə tutulub: "2026-cı il iyulun 11-də Prezidentin iştirakı ilə layihənin təməlqoyma mərasimi keçirilib. Su anbarının ümumi həcmi 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olacaq. Layihə

Kəlbəcərli şair-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ələmdar Keştəkliyə ağır itki üz verib. Onun ömür-gün yoldaşı Şərafət Həsən qızı Əmiraslanova uzun sürən xəstəlikdən sonra vəfat edib. "Dalidag.az" kollektivi və Azərbaycan Jurnalistlər Birliyinin Kəlbəcər bölməsi olaraq Ələmdar Keştəkliyə, övladlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı verir, kədərlərinə şərik olduğumuzu bildiririk. Allah rəhmət eləsin!

Bir müddət əvvəl azaraq, Ermənistan Respublikası ərazisinə (Tavuş rayonuna) keçən Azərbaycan Respublikası vətəndaşı Yaşar Əli oğlu Qasımov Azərbaycana təhvil verilib. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, çoban oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına təhvil verilib.
Yazı axını