Oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Dalidag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-dir. Dalidag.az

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür. Dalidag.az xəbər verir ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. 2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb. Qubadlı rayonunun

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Dalidag.az xəbər verir ki, qurumdan verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə isə qar yağıb. Kəlbəcərdə yağıntının miqdarının 4 mm-dək qeydə alındığı bildirilib. Dalidag.az

Xocavənd və Ağdərə rayonlarına növbəti köç prosesi həyata keçirilib. Dalidag.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 42 ailə olmaqla 163 nəfər doğma yurdlarına qayıdıb. Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşıb. Doğma yurda qayıdan sakinlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda,

Kəlbəcərin Yuxarı Qılınclı kəndində doğulmuş texnika elmləri doktoru, dosent Musa İsmayıl oğlu Kazımov dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, Musa Kazımov zəngin pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yüzlərlə tələbəyə texniki fənləri tədris edib, sənaye sahəsi üçün savadlı mütəxəssislər hazırlayıb. Tanınmış alimin vəfatı ilə bağlı ailəsinə, yaxınlarına və kənd sakinlərinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

Uzun illər Vətəndən uzaqda yaşayan şair-jurnalist Həjar Şamiloğlunun Azərbaycanda ilk şeirlər kitabı nəşr olunub. Dalidag.az xəbər verir ki, müəllifin fərqli ölkə və şəhərlərdə qələmə aldığı ədəbi nümunələrin toplandığı “Heç bilmədik necə sevdik sevəndə” adlı kitab “Mücrü” nəşriyyatında işıq üzü görüb. Nəşrdə yer alan şeirlərin böyük əksəriyyəti 1980–1990-cı illəri əhatə etsə də, kitabda müəllifin son bir ildə yazdığı ədəbi nümunələr də var. Faiq Balabəylinin dəstəyi ilə ərsəyə gələn kitabın

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, RİH-in məsul əməkdaşları şəhid Şəhriyar Kamil oğlu Abdullayevin ailəsini ziyarət edilib. Dalidag.az -ın xəbərinə görə, ziyarət zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük

Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür. Dalidag.az xatırladır ki, 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan

Şəhid Elşən Dağıstan oğlu Məmmədovun ailəsi və məzarı ziyarət edilib. Dalidag.az -ın xəbərinə görə, ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Tural Oruczadə, Zülfüqarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib. 44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin

Xəbər verdiyimiz kimi, oktyabrın 1-də Ermənistan sərhədini qanunsuz keçən Azərbaycan əsgəri Nəsimi Musayev Zəngəzurdakı Şəki kəndində saxlanılıb. Dalidag.az xəbər verir ki, Ermənistanın "Armlur.am" saytı Nəsimi Musayevin Şəki sakininin tövləsindən necə həbs olunaraq çıxarıldığını əks etdirən eksklüziv görüntülər yayıb. Dalidag.az
Yazı axını