Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dalidağ.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülür. Qeyd edək ki, Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Dalidağ.az
Yazı axını