Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası tikilir. Ölkə başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən inşa edilən stansiya Qubadlı rayonunun tarixində yaradılan ilk su elektrik stansiyası olacaq. Dalidag.az xəbər verir ki, bu barədə AzərEnerji ASC məlumat yayıb. Bildirilib ki, stansiyanı dayanıqlı su ilə təmin etmək üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dalidağ.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülür. Qeyd edək ki, Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Dalidağ.az

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür. Dalidag.az xəbər verir ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. 2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb. Qubadlı rayonunun

Xocavənd və Ağdərə rayonlarına növbəti köç prosesi həyata keçirilib. Dalidag.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 42 ailə olmaqla 163 nəfər doğma yurdlarına qayıdıb. Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşıb. Doğma yurda qayıdan sakinlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda,

Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür. Dalidag.az xatırladır ki, 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür. Dalidag.az xatırladır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. Dalidag.az bildirir ki, 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri işğalçılardan azad edilib. Qeyd edək ki, Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Dalidag.az xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik

Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb. Dalidag.az xəbər verir ki, bunu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov 31-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2026") bildirib. Onun sözlərinə görə, bu, ümumilikdə, 4 minə yaxın insan deməkdir. "Laçında həyata keçirilən layihələr yaşayış

III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü - son mərhələsi başa çatıb. Dalidag.az xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər. Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək Xankəndi Zəfər Meydanındakı finişə çatıblar. Kişilər arasında ilk üç mərhələdə gürcüstanlı atlet David Xarazişvili qələbə qazanıb, qadınların mübarizəsində isə Ukraynadan olan Olena Şevçenko birinci olub.
Yazı axını