Reklam
Qubadlının azadlığından 6 il ötür
25-10-2026 09:00

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür.
Dalidag.az xəbər verir ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 25-10-2026 09:00
Baxış sayı: 351Yazı axını
17 / 11 / 2026
17 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
14 / 11 / 2026
14 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
11 / 11 / 2026
11 / 11 / 2026
10 / 11 / 2026
09 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
07 / 11 / 2026
06 / 11 / 2026
05 / 11 / 2026
Ən çox oxunanlar
12-11-2026 19:49



























