Xaricdə yaşayan Həjar Şamiloğlunun Azərbaycanda ilk şeirlər kitabı çap edilib
Uzun illər Vətəndən uzaqda yaşayan şair-jurnalist Həjar Şamiloğlunun Azərbaycanda ilk şeirlər kitabı nəşr olunub.Dalidag.az xəbər verir ki, müəllifin fərqli ölkə və şəhərlərdə qələmə aldığı ədəbi nümunələrin toplandığı “Heç bilmədik necə sevdik sevəndə” adlı kitab “Mücrü” nəşriyyatında işıq üzü görüb. Nəşrdə yer alan şeirlərin böyük əksəriyyəti 1980–1990-cı illəri əhatə etsə də, kitabda müəllifin son bir ildə yazdığı ədəbi nümunələr də var.
Faiq Balabəylinin dəstəyi ilə ərsəyə gələn kitabın imza günü 25 oktyabr 2026-cı il, bazar günü saat 14:00–15:00 aralığında keçiriləcək. Tədbir 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində, “Mücrü” nəşriyyatının stendində baş tutacaq.
Qeyd edək ki, 1966-cı ildə Kəlbəcərdə anadan olan Həjar Şamiloğlu Bakıda filologiya ixtisası üzrə təhsil alıb. Müxtəlif illərdə Bakıda, Moskvada, İraq Kürdüstanında, Qazaxıstanda və Qırğızıstanda mətbuat və nəşriyyat sahəsində çalışıb. Fəaliyyəti dövründə fərqli dillərdə roman, araştırma, publisistika və lüğətlər daxil olmaqla 25-dən çox kitabın müəllifidir.
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 22-10-2026 14:25
Baxış sayı: 2164



























