Reklam
Sumqayıt - Təsəlli şəhərim
16-11-2024 14:41
Sevinc QƏRİB
AYB və AJB-nin üzvü,
Prezident təqaüdçüsü
Otuz iki il əvvəl insafsız yolların şahidliyi ilə Laçın adlı yurdumu uzaqlarda qoyub, uşaqlıqda tanış olduğum bu şəhərə gəldim. Məcburiyyətin yaşatdığı məqam nə qədər ağrılı olsa da, üç- beş günə geri dönəcəyimizi düşündüyümdən gəlişimizin adını "köç" qoya bilməmişdim. Nə yazıq ki, heç nə düşündüyüm kimi olmadı. Nə üç -beş günə, nə də üç - beş ilə dönə bilmədik yurd - yuvamıza. Düz iyirmi səkkiz il sonra günahsız yolların ruhu sevindi, göynəyən ruhumuz sevinən kimi. Geri dönəcəkdik o yollarla... Yolların göynəyən ruhuna əsgər ayaqlarının izləri sığal çəkdi, bizim ağrılarımıza Zəfər xəbərləri. Şükür, bu günə! Bu günə şükrümüz var, bəli. Amma, o ağrılı-acılı illəri unutmadıq. Tarix olaraq həkk olundu taleyimizə, elə dərd olaraq da...
Amma indi otuz iki il əvvəl mənə, yüzlərlə məcburi köçkün adının utancına bürünən insanlara qucaq açan Sumqayıtımızdan yazmaq istəyirəm. Günü gündən gözəlləşən gənc şəhərimizdən.
Sumqayıt təsəlli şəhərimdi mənim.
Çin olmayan neçə-neçə boynubükük arzumun təsəlli ünvanı, irili - xırdalı uğurlarımın şahidi, sevinclərimin səbəb ortağı bu şəhərə ürəklə Sumqayıtım deyirəm. Gəncliyimin izləri boylanan hansısa küncündə xatirələr sevinir, kədərlənir... yaşayır.
Camaat arasında "Sumqayıt yetimlər şəhəridi" deyirlər. Əslində, ifadənin məcazi anlamda deyilişindən daha çox əsilliyində gizlənən bir mənəvi istilik, hardasa qan bağlılığı olmayan insanların bir-birinə sığınma mənzərəsi, doğmalıq obrazı canlanır göz önündə. Axı, doğrudan da burda insanlar hərə bir regiondan olmasına rəğmən mehriban qonşu, səmimi dost, əziz qohum, yaxşı yoldaş ola biliblər.
Əlbəttə, zamanla bizi, yəni məcburi köçkünləri çıxdaş edən, bəzən aşağılayanlar da oldu. Amma bunu şəhərin boynuna yıxmaq, ya da ümumiləşdirmək olmaz. Çünki, o yanaşma cahil və eqoist insan yanaşmasıydı, hansı ki, onlar çoxluğun fonunda əriyən tək-tükləriydi.
Bəlkə, kimsə talesizliyinin səbəbkarı kimi küsdü bu şəhərdən. Bəlkə, kimsə sınıq arzularına, əlacsızlığına görə qınadı bu şəhəri, kimsə də həyatın qəfil sınaqlarının günahkarı bildi bu şəhəri.
Amma mən bütün yaşadıqlarıma rəğmən, sevdim bu şəhəri. Yeniyetməliyimi, gəncliyimi... bu günümü özündə daşıyan bu ikinci yurd şəhərimi. Bəli, bu şəhər yurdsuzluğumda yurd oldu mənə (Laçın ağrılarımı ovudan, göynəyimə məlhəm, yaralarıma sarğı olan yurd...) Dost qazandım bu şəhərdə. Yeni sinif yoldaşlarım da oldu. Əlbəttə, ağrılıydı dünənindən, arzularından... qopub yeni məkanda yurd salmaq. Amma qaranlıqdan çıxmaq, çarəsizliyi qovmaq, taleyin sərt üzünə boyun əyməmək, əlindən alınanı geri qaytarmaq üçün yaşamaq lazımıydı. Yaşamağa qərar verəndə qollarını açıb bizi ağuşuna alan isə bu mehriban şəhər oldu. Çox yaşantılarımın, sevincimin, kədərimin, uğurlarımın, uğursuzluqlarımın, harayımın, səssizliyimin... şahididi bu şəhər.
İstər əfsanəsi, istər tarixə qovuşan dünəni, istərsə də müasirlik ehtiva edən bu günü ilə bu şəhər, sevgiyə layiqdir.
Dənizin yaxın dostu, dalğaların sirdaşıdı bu şəhər. Mənzərəsi, rahatlığı, səsizliyi ilə hüzur verir insana. Güvənlə küçələrini dolaşa bildiyim, azmayacağımdan arxayın olduğum Sumqayıtımın 75 yaşı olur. Mübarək olsun! Yaşının üstünə çoxluca yaşlar gəlsin, dünya durduqca dursun Sumqayıtım!
BU ŞƏHƏR
Bu şəhər, sığınacağım,
bu şəhər, xatirələrimin
bağlı boğçasının
qorunduğu ünvan...
Bu şəhər, ümidim, pənahım,
yaralarımı sarıyan,
təsəlli verib ovunduran
bir məkan...
Bu şəhər sönmüş ürəyimə
bir qığılcım,
donmuş gözlərimə
bahar istisi...
Bu şəhər sənlidi,
bu şəhər mənli,
bu şəhər sevgimin
yaşadığı yer...
Dalidag.az

Kateqoriya: Yazarlar
Tarix: 16-11-2024 14:41
Baxış sayı: 393
Yazı axını
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
Ən çox oxunanlar