Reklam

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub. Dalidag.az -ın məlumatına görə, builki mükafata kanadalı yazıçı, şair Anne Carson layiq görülüb. O bu mükafata klassik ədəbiyyat ənənələrindən yaradıcı şəkildə istifadə edərək müasir ədəbiyyata yeni və fərqli formalar qazandıran cəsarətli və yenilikçi yaradıcılığına görə layiq görülüb.

Bu gün AYB Mingəçevir Bölməsində yaşı 35- dək olan gənclərin "Yeni söz" ədəbi məclisi təsis olunub. Dalidag.az -ın xəbərinə görə, tədbiri AYB Mingəçevir bölməsinin sədri Elşən Əzim açaraq bildirib ki, Mingəçevirdə yaşayan gənc istedadların təbliğində AYB Mingəçevir Bölməsi bundan sonra daha proqressiv tədbirlər həyata keçirəcək, gənclərin bölgədə və ölkədə tanıdılmasında mühüm rol oynayacaq. Gənc şair-drammaturq Elçin Məhərrəm "Yeni söz" ədəbi məclisinin rəhbəri təyin olunub. Tanınmış şair

Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Dalidag.az xəbər verir ki, hər il sentyabrın 18-i dahi Azərbaycan bəstəkarı, professional musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Milli Musiqi Günü kimi qeyd edilir. Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də anadan olub. O, Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoyub, Şərqdə ilk opera olan “Leyli və Məcnun”un müəllifidir. Bəstəkarın yaradıcılığı milli musiqinin inkişafında yeni mərhələnin başlanğıcı hesab

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində tarixi və memarlıq əhəmiyyəti daşıya biləcək tikili aşkar edilib. Dalidag.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, tikili işğaldan azad edilmiş ərazilərdə aparılan inventarlaşdırma zamanı qeydə alınıb. Obyektin tarixi və memarlıq əhəmiyyəti araşdırıldıqdan sonra onun daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi

Bu gün Laçın şəhərində Beynəlxalq Film Festivalı (Lachin International Film Festival - LIFF) başlayıb. Dalidag.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, ayın 27-nə qədər davam edəcək festival “Where Film Meets LIFE” şüarı ilə keçirilir. Tədbir Qarabağ və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalı kimi regionun mədəni həyatında yeni səhifə açacaq. Festivalda nümayiş olunmaq üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunub. Onların 38-i festivalın əsas

Bəlkə də mövzuya münasibət bildirməyə gecikmişəm. Haqqında danışılıb, yazılıb, ictimailəşdirilib. Bir yandan da düşünürəm ki, bu elə-belə mövzu deyil. Və problem həllini tapanacan mövzunun gündəmdə qalması mütləqdir. Həm də bu sadəcə, münasibət bildirmək deyil, bir vətəndaş, bir qələm adamı, nəhayətdə Laçın sakini olaraq yaranmış vəziyyətə etirazımdır. Səhhətimlə bağlı bir müddət telefon və internet resurslarından, sosial şəbəkədən uzaq qalmalı oldum. Bu səbəbdən hər şeydən xəbərsiz və

Türkiyənin Yalova şəhərində keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalının Qala konserti və bağlanış mərasimi keçirilib. Dalidag.az xəbər verir ki, “Qafqazda və bütün dünyada sülh naminə” şüarı altında təşkil olunan festivalda Azərbaycanı “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı təmsil edib. Qala konsertinə “Suvar” Ansamblının “Odlar yurdu” rəqsi ilə start verilib. Ansamblın üzvü Cəvahir Abdulovanın ifasında “Azərbaycan” mahnısı isə tədbirə xüsusi coşqu qatıb. Xatırladaq ki,

Mədəniyyət Nazirliyinin "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində 2026-cı il üzrə keçirdiyi müsabiqənin seçim mərhələsi başa çatıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, proqram üzrə cari il iyunun 2-dən 16-dək audiovizual sənətlər, dizayn, memarlıq, mədəni və yaradıcı sahələr üzrə menecment və digər ixtisas istiqamətlərində bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi üçün sənəd qəbulu həyata

Mədəniyyət naziri Adil Kərimli avqustun 27-də, saat 10:00 da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək. Nazirlikdən verilən məlumata görə, görüşdə Laçın, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər. Vətəndaşlar avqustun 21-dək nazirliyin elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər. Dalidag.az

Tanınmış şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib. Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. 1961-1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb. Bədii yaradıcılığa 1967-ci ildə "Gənc qələmlər" toplusunda çıxan "Xatirələr" şerilə başlayıb. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olur, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii
Yazı axını
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
Ən çox oxunanlar


























