Reklam
AYB Mingəçevir Bölməsində "Yeni söz" ədəbi məclisi yaradıldı
03-10-2026 17:12

Bu gün AYB Mingəçevir Bölməsində yaşı 35- dək olan gənclərin "Yeni söz" ədəbi məclisi təsis olunub.
Dalidag.az-ın xəbərinə görə, tədbiri AYB Mingəçevir bölməsinin sədri Elşən Əzim açaraq bildirib ki, Mingəçevirdə yaşayan gənc istedadların təbliğində AYB Mingəçevir Bölməsi bundan sonra daha proqressiv tədbirlər həyata keçirəcək, gənclərin bölgədə və ölkədə tanıdılmasında mühüm rol oynayacaq.
Gənc şair-drammaturq Elçin Məhərrəm "Yeni söz" ədəbi məclisinin rəhbəri təyin olunub. Tanınmış şair Əhməd Əfsun gənclərə xeyir-dua verərək onlara uğurlar arzulayıb.Tədbirə qatılan MDU-nun tələbələri Ramil İbrahim, Aysu Nur, Səbinə Əsəd yazdıqları bədii mətn nümunələrini səsləndiriblər. Oxunan yazılar təhlil olunub, gənclərə lazımi tövsiyyələr verilib. Hər ayın ilk həftəsinin şənbə günü, saat 11.00 "Yeni söz " ədəbi məclisinin daimi toplantı vaxtı təyin olunub.
Dalidag.az







Kateqoriya: Mədəniyyət
Tarix: 03-10-2026 17:12
Baxış sayı: 3245Yazı axını
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
Ən çox oxunanlar
05-10-2026 19:30




























