Kəlbəcər SMSİİ şəhidlərin abidə kompleksini ziyarət edib- Fotolar

08-11-2026 14:20
Azərbaycan xalqının şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin və qazanılan möhtəşəm Zəfərin ildönümü ölkəmizin hər yerində olduğu kimi, müxtəlif qurum və kollektivlər tərəfindən də dərin ehtiramla qeyd olunur.

Dalidag.az xəbər verir ki, bu əlamətdar tarix – 8 Noyabr Zəfər Günü ilə əlaqədar Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin (SMSİİ) rəhbərliyi və kollektivi Gəncə şəhərində yerləşən 1500 ailəlik məcburi köçkün qəsəbəsindəki Kəlbəcər Şəhidlərinin Abidə Kompleksini ziyarət ediblər.
Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, abidə kompleksinin önünə gül dəstələri düzülüb. Kollektiv nümayəndələri şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edərək, onların xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar.
Tədbir iştirakçıları qeyd ediblər ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış bu tarixi Zəfər şəhidlərimizin qanı, canı və qazilərimizin şücaəti bahasına əldə olunub. Məhz bu birlik və qürur hissi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Dalidag.az





Kateqoriya: Kəlbəcər
Tarix: 08-11-2026 14:20
Baxış sayı: 373
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını