Reklam
Qarakənd faciəsindən 35 il ötür
20-11-2026 09:00
Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin, dövlət xadimlərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının bu gün növbəti ildönümüdür - faciədən 35 il ötür.Dalidag.az xatırladır ki, 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub.
Həlak olanların siyahısı:
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi,
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror,
Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri,
Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini,
Vaqif Cəfər oğlu Cəfərov – deputat,
Vəli Hüseyn oğlu Məmmədov – deputat,
Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri,
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini,
İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru,
Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi,
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi,
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı,
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini,
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru,
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant,
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi,
Alı Mustafa oğlu Mustafayev – telejurnalist,
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı,
Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator,
Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri,
Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü,
Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.
Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənib.
Ermənilər tərəfindən terror aktının törədildiyi Qarakənd kəndi 2023-cü ildə düşmən tapdağından azad edilib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 20-11-2026 09:00
Baxış sayı: 314Yazı axını
20 / 11 / 2026
20 / 11 / 2026
19 / 11 / 2026
18 / 11 / 2026
17 / 11 / 2026
17 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
14 / 11 / 2026
14 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
11 / 11 / 2026
11 / 11 / 2026
10 / 11 / 2026
09 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
Ən çox oxunanlar



























