Reklam
Kəlbəcərdə arıçılıq təsərrüfatı saxlayan sahibkarlar portal problemi ilə üzləşiblər – aidiyyəti qurumlara müraciət
12-11-2026 19:49
Kəlbəcərdə arıçılıq təsərrüfatlarını qış mövsümündə qorumağa çalışan sahibkarlar əraziyə gediş-gəliş zamanı portal sistemi ilə bağlı çətinliklərlə üzləşdiklərini bildirirlər. Onlar problemin operativ şəkildə həll olunmasını xahiş edirlər.Kəlbəcər rayonunda arıçılıq təsərrüfatı ilə məşğul olan bir qrup sahibkar üzləşdikləri problemlə bağlı Subyekt.az-a müraciət edərək məsələnin ictimailəşdirilməsini və aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılmasını xahiş edib.
Arıçıların bildirdiyinə görə, əvvəlki illərdə mövsüm başa çatdıqdan sonra arıçılıq təsərrüfatları Kəlbəcər yaylaqlarından aran rayonlarına daşınırdı. Lakin son bir-iki ildə daşınma xərclərinin artması, eləcə də təsərrüfatların yerinin dəyişdirilməsi zamanı arı ailələrinin itkiyə məruz qalması ehtimalı bəzi sahibkarları fərqli qərar verməyə vadar edib. Nəticədə bir sıra arıçılar təsərrüfatlarını qış mövsümündə də Kəlbəcərdə saxlamağa üstünlük verirlər.
Hazırda rayonda xeyli sayda arıçılıq təsərrüfatının fəaliyyət göstərdiyi və sahibkarların öz təsərrüfatlarına nəzarəti davam etdirdiyi bildirilir.
Məsələnin digər mühüm tərəfi isə qış mövsümündə təsərrüfatların təhlükəsizliyinin təmin olunmasıdır. Belə ki, Kəlbəcərin təbii-coğrafi şəraiti, xüsusilə vəhşi heyvanların, o cümlədən ayıların arıçılıq təsərrüfatlarına hücum etməsi ehtimalı sahibkarların mütəmadi nəzarətini zəruri edir.
Bu səbəbdən təsərrüfat sahibləri arasında növbəlilik prinsipi tətbiq olunur. Arıçılar qarşılıqlı razılaşma əsasında növbə ilə təsərrüfatlarda qalır, bir-birlərini əvəz edir və arı ailələrinin təhlükəsizliyinə nəzarət edirlər.
Lakin sahibkarların sözlərinə görə, hazırda portal sistemi ilə bağlı yaranan çətinliklər onların növbəli şəkildə Kəlbəcərə gediş-gəlişinə maneə yaradır. Azərbaycanın müxtəlif şəhər və rayonlarında yaşayan arıçılar həm Kəlbəcərə gəlmək, həm də ailələrinin yaşadığı ünvanlara qayıtmaq zamanı müvafiq keçid prosedurları ilə əlaqədar problemlərlə üzləşdiklərini bildirirlər.
Müraciət edən sahibkarlar qeyd edirlər ki, onların məqsədi mövcud qaydalardan kənar hərəkət etmək deyil, təsərrüfatlarına nəzarəti təmin etmək və zəruri hallarda ailələrinin yanına gedib-gəlmək imkanının yaradılmasıdır. Onlar portal məsələsində yaranmış çətinliyin aradan qaldırılmasını, növbəli nəzarət sisteminin nəzərə alınmasını və keçid prosedurlarının təsərrüfat sahiblərinin real ehtiyaclarına uyğun tənzimlənməsini istəyirlər.
Subyekt.az olaraq aidiyyəti qurumlara müraciət edirik.
Kənd Təsərrüfatı Nazirliyindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən xahiş edirik ki, arıçılıq təsərrüfatı sahiblərinin müraciətini diqqətdə saxlasınlar, yaranmış vəziyyəti araşdırsınlar və problemin operativ həlli istiqamətində müvafiq tədbirlər görsünlər.
Xüsusilə qış mövsümündə təsərrüfatların sahibsiz qalmasının arıçılıq təsərrüfatları üçün yarada biləcəyi risklər nəzərə alınmalı, sahibkarların növbəli nəzarət imkanları təmin edilməlidir.
Nəzərə almaq lazımdır ki, arıçılıq yalnız ayrı-ayrı sahibkarların məşğuliyyəti deyil, eyni zamanda kənd təsərrüfatının mühüm sahələrindən biridir. Bu təsərrüfatların qorunması, sahibkarların fəaliyyətinə yaradılan şərait və onların qarşılaşdıqları inzibati çətinliklərin aradan qaldırılması iqtisadi baxımdan da əhəmiyyət daşıyır.
Ümid edirik ki, aidiyyəti qurumlar arıçıların müraciətinə həssas yanaşacaq, məsələni operativ şəkildə araşdıracaq və onların Kəlbəcərdəki təsərrüfatlarına maneəsiz nəzarət edə bilmələri üçün zəruri şərait yaradacaqlar.
Məqsəd aydındır: sahibkarların təsərrüfatları qorunsun, arı ailələri itkiyə məruz qalmasın və Kəlbəcərə gediş-gəliş zamanı yaranan portal problemi qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilsin.

Rövşən Hüseynli
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 12-11-2026 19:49
Baxış sayı: 319Yazı axını
12 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
11 / 11 / 2026
11 / 11 / 2026
10 / 11 / 2026
09 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
07 / 11 / 2026
06 / 11 / 2026
05 / 11 / 2026
04 / 11 / 2026
04 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
02 / 11 / 2026
02 / 11 / 2026
Ən çox oxunanlar
11-11-2026 22:37



























