Reklam
İlqar Orduxanlının "Parçalanmış talelər"i təqdim olundu - Fotolar
05-09-2026 21:02
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir Bölməsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində İlqar Orduxanlının "Parçalanmış talelər" kitabının təqdimatı keçirilib.Dalidag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYB Mingəçevir Bölməsinin sədri şair Elşən Əzim kitabın bədii məziyyətindən söz açıb, İlqar Orduxanlının öz nəsil şəcərəsi haqqında yazdığı araşdırmaların bədii nəsr üslubu ilə yazılmasını yüksək qiymətləndirib.
Kitabda müəllifin babası olan nakam taleli tanınmış el şairi Firudin Salehzadənin şeirlərinin yer alması tədbirin əsas mövzusu olub. Gənclərin qiraətində Firudin Salehzadənin şeirləri səsləndirilib. Aşıq Elburus və Aşıq Qoşqarın ifasında şairin qoşmaları, gəraylıları maraqla dinlənilib.
Çıxış edənlər- Zahid Muxtar, Rizvan Mikayıllı, Əhməd Əfsun, Məmməd Mərzili, Zümrüd Rəhimova, Rahilə Həsənova, İnqilab Şirinli, Firuz Qanboyoğlu, Ləman Bəylərova və başqaları "Parçalanmış Talelər" kitabı haqqında fikirlərini bölüşüblər. Sonda müəllif İlqar Orduxanlı çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirib.Dalidag.az























Kateqoriya: Kəlbəcər / Kitab köşkü
Tarix: 05-09-2026 21:02
Baxış sayı: 3461Yazı axını
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
Ən çox oxunanlar



























