Reklam
Kəlbəcər şəhərində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub
18-11-2026 17:35
Dalidag.az-ın xəbərinə görə, bu istiqamətdə Kəlbəcər şəhərində məskunlaşan sakinlərin sağlamlıq vəziyyətini qiymətləndirmək, xəstəlikləri erkən mərhələdə aşkar etmək və tibbi xidmətləri yerində göstərmək məqsədilə səyyar tibbi xidmət təşkil edilib.
Səyyar tibbi xidmət Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərindən ibarət briqada tərəfindən həyata keçirilib. Briqadanın tərkibində terapevt, pediatr, həkim-ginekoloq və tibb bacısı iştirak edib. Aparılan müayinələr nəticəsində cəmi 20 nəfərə zəruri tibbi xidmətlər göstərilib.
Tədbirlər çərçivəsində Kəlbəcər şəhərində yerləşən 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri arasında “Sağlam həyata “hə”, narkotikə “yox”” adlı maarifləndirici tədbir də keçirilib.
Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 18-11-2026 17:35
Baxış sayı: 319Yazı axını
19 / 11 / 2026
18 / 11 / 2026
17 / 11 / 2026
17 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
14 / 11 / 2026
14 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
11 / 11 / 2026
11 / 11 / 2026
10 / 11 / 2026
09 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
07 / 11 / 2026
Ən çox oxunanlar
12-11-2026 19:49




























