Kəlbəcərdə işləmək istəyənlər üçün fürsət: 15 gün iş, 800 manat maaş

16-11-2026 08:22
Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərdən biri müxtəlif sahələr üzrə işçi qəbulu elan edib.
Dalidag.az xəbər verir ki, vakansiya üzrə yalnız Kəlbəcər rayonunun şəhər və kəndlərində qeydiyyatda olan şəxslər müraciət edə bilərlər. Fiziki əmək qabiliyyəti olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti və təminatlar:
 * Əməkhaqqı: 800 AZN
 * İş qrafiki: 15 gün iş, 15 gün istirahət (ev)
 * Əlavə təminatlar: Qidalanma və yaşayış yeri şirkət tərəfindən qarşılanır.
Müraciət qaydası:
İşləmək istəyən kəlbəcərlilər 16 noyabr 2026-cı il tarixində Gəncə şəhərində yerləşən Məşğulluq Filialına yaxınlaşa bilərlər.
Qeyd edək ki, vakansiya yalnız Kəlbəcər qeydiyyatı olan vətəndaşlar üçün nəzərdə tutulub.

Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 16-11-2026 08:22
Baxış sayı: 3209
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını