Nəsimi Musayev uşaqların telefonlarını alıb, onları öldürməyə cəhd göstərməyib - Poqosyan

03-11-2026 18:35
Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan
Nəsimi Musayev duman səbəbindən yolunu azıb və ac olduğu üçün evə daxil olub, yemək hazırlayıb və paltarını dəyişib.
Dalidag.az xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan hərbçisinin məqsədi heç kimi öldürmək olmayıb:
“Evə daxil olan uşaqların telefonlarını götürsə də, onlara xəsarət yetirməyib. Musayev dindirilib, istintaq davam edir”.
Xatırladaq ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayev Ermənistanın Zəngəzur vilayətinin Şəki kəndində saxlanılıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 03-11-2026 18:35
Baxış sayı: 35
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını