Reklam
"Bütün adlardan uca, ülvi bir adsan, Zəfərim!" - Rafiq ODAY
08-11-2026 19:39
Rafiq ODAY QƏZƏL
Müqəddəs Zəfərimizə
Sən xeyir müjdəçisi, şər işə yadsan, Zəfərim,
Bütün adlardan uca, ülvi bir adsan, Zəfərim!
Uca Haqdan verilib fərmanı bu təntənənin,
Günəşin zərrəsisən, qəlblərə odsan, Zəfərim!
Tutdu artıq əbədi haqq və ədalət yerini,
Bizə öyrətdi seçək düşməni dostdan Zəfərim.
Üzü heç gülmədi ki, bax, neçə illər Vətənin,
Çıxardı millətimi gör neçə yasdan, Zəfərim!
Qamətim şaxdı, şükür, kölgəsi yox gözlərimin,
Döndü geri vüqarım, həm də ki, ad-san, Zəfərim!
Dədəmiz Qorqud özü təltif edib adla bizi,
Bunu da millətimə bir ulu ad san, Zəfərim.
Odayam, incələyib sözlərimin ən xasını,
Yazıram bir əbədi adına dastan, Zəfərim!
08.11.2026
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-11-2026 19:39
Baxış sayı: 355Yazı axını
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
07 / 11 / 2026
06 / 11 / 2026
05 / 11 / 2026
04 / 11 / 2026
04 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
02 / 11 / 2026
02 / 11 / 2026
01 / 11 / 2026
31 / 10 / 2026
30 / 10 / 2026
30 / 10 / 2026
29 / 10 / 2026
28 / 10 / 2026
Ən çox oxunanlar




























