Reklam
Şair Əlibala Ağayevin gənc oğlu avtomobil qəzasında həlak oldu
01-11-2026 19:33
Laçın rayonunun Güləbird kənd sakini, şair Əlibala Ağayevin oğlu Səbuhi Ağazadə Şəki rayonunun İnçə kəndi ərazisində baş verən ağır avtomobil qəzasında həlak olub.Hadisə Şəki-Qax avtomobil yolunda "Lada Priora" markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində qeydə alınıb. Qəza zamanı avtomobildə olan 24 yaşlı Səbuhi Ağazadə aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Nəqliyyatda olan digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Səbuhi Ağazadə bir il bundan öncə ailə qurmuşdu və bu yaxınlarda ilk övladı dünyaya gəlmişdi.
Dalidag.az kollektivi olaraq, dəyərli həmkarımız, dostumuz Əlibala Ağayevə və mərhumun bütün əzizlərinə dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik olduğumuzu bildiririk.
Allah rəhmət eləsin!
Kateqoriya: Manşet / Sosium
Tarix: 01-11-2026 19:33
Baxış sayı: 3118Yazı axını
01 / 11 / 2026
31 / 10 / 2026
30 / 10 / 2026
30 / 10 / 2026
29 / 10 / 2026
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
20 / 10 / 2026
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
Ən çox oxunanlar




























