Reklam
Bu gün Milli Musiqi Günüdür
18-09-2026 09:00
Dalidag.az xəbər verir ki, hər il sentyabrın 18-i dahi Azərbaycan bəstəkarı, professional musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Milli Musiqi Günü kimi qeyd edilir.
Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də anadan olub. O, Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoyub, Şərqdə ilk opera olan “Leyli və Məcnun”un müəllifidir. Bəstəkarın yaradıcılığı milli musiqinin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur.
Üzeyir Hacıbəylinin doğum gününün ölkə miqyasında musiqi bayramı kimi qeyd edilməsi ənənəsi 1995-ci ildən rəsmiləşib. Həmin ildən sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
Maraqlıdır ki, Azərbaycan musiqisinin digər görkəmli nümayəndəsi, bəstəkar və dirijor Müslüm Maqomayev də 1885-ci il sentyabrın 18-də anadan olub.
Milli Musiqi Günü münasibətilə hər il Bakıda və regionlarda müxtəlif konsertlər, musiqi proqramları və mədəni tədbirlər təşkil olunur.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin anadan olmasının bu il 141 ili tamam olur.
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 18-09-2026 09:00
Baxış sayı: 344Yazı axını
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























