Reklam

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabildir. Dalidag.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib. Bildirilib ki, Nəriman Həsənzadənin Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir: "Xronik böyrək çatışmazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru icra edilir. Vəziyyəti ağır stabil qiymətləndirilir". Dalidag.az

AzTV-nin çəkiliş qrupu xanəndə Xan Şuşinskinin ata ocağında olub. Dalidag.az xəbər verir ki, süjetdə qeyd olunub ki, Ballıcadakı bu evdə sənətkarın uşaqlıq dövrü keçib. Uzun illər Şuşada yaşasa da, hətta Şuşada dünyaya gəldiyi deyilsə də, bu məkanın nəfəsi, bu torpağın avazı onun səsində daim yaşayıb. Xan Şuşinski Pənahəli xanın nəvəsi, Məhəmməd bəy Cavanşirin nəticəsi Aslan Ağa Cavanşirin oğludur. Binaya diqqət yetirdikdə müdaxilələri görmək mümkündür. Lakin nə etsələr də, bu evin keçmişinin

İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı - FİCTS-də Arzu Urşanın “Arzunun ardınca” (Following the Dream) filmi "Sənədli film - Fərdi idman" (Documentary – İndividual Sport) kateqoriyasının qalibi olub. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir. Dalidag.az

Xalq artisti Əminə Yusifqızı vəfat edib. Dalidag.az xəbər verir ki, bu haqda Xalq artistinin yaxınları məlumat verib. Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cü ildə Bakıda anadan olub. 10 il Dram Teatrında, 1974-cü ildən isə "Azərbaycanfilm" kinostudiyasında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib. Onun dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınıb. 1998-ci ildə
.jpg)
Atamın səhhəti ağırlaşıb. Həkimlərin tövsiyəsi ilə evə gətirmişik. Dalidag.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib. Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O, sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi. Daha sonra özəl tibb müəssisəsindən Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə təxliyə olunmuşdu. Dalidag.az

Azərbaycanın bir qrup ictimai xadim və ədəbiyyat adamları şair Əlisəmid Kürün müalicəsi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub ünvanlayıblar. Dalidag.az xəbər verir ki, müraciətdə şairin müalicəsinin Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülməsi xahiş olunur. Açıq məktubda deyilir: "Hörmətli Mehriban xanım, Heydər Əliyev Fondu yarandığı gündən etibarən Azərbaycanın mədəniyyət, elm, ədəbiyyat və incəsənət xadimlərinə daim yüksək diqqət və qayğı göstərmiş, humanizm

Atamın vəziyyəti öncəki günlərə nisbətən daha yaxşıdır. Dalidag.az xəbər verir ki, bu sözləri kult.az-a açıqlamasında şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib. “Atamın huşu yerində deyil, amma irəliləyiş var. Hazırda başqa proeseslər getdiyi üçün səhhəti ilə bağlı ətraflı məlumat verə bilmirik”, - deyə o bildirib. Qeyd edək ki, Əlisəmid Kür qaraciyərində yaranmış problemlə əlaqədar 15 sentyabrda Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Dalidag.az

Təbriz şəhərində Azərbaycan dilində olan “Uşaq” tamaşası nümayış etdirilib. Dalidag.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Tamaşanın quruluşçu rejissoru Əli Əkbər Ətarudi, ssenari müəllifi Nəğmə Səmini, tərcüməçisi isə Aydın Sərdariniyadır. Tamaşa hər axşam yerli vaxtla saat 20:00-da Təbrizin 29 Bəhmən Mədəniyyət Kompleksində nümayiş etdirilir. Dalidag.az

Şair Əlisəmid Kür qaraciyərində yaranmış problemlə əlaqədar Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Qarabağ Universitetinin gənc əməkdaşları Fatimə Səfərova və Elxan Qurbanlı ailə həyatı qurublar. Dalidag.az xəbər verir ki, xəbəri sosial şəbəkədə ictimailəşdirən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, gənclərin evliliyi kollektivin böyük sevincinə səbəb olub. “Xankəndi şəhərində keçirilən toy məclisi doğma Qarabağımızda həyatın bərpası prosesində Qarabağ Universitetinin fəal iştirakının növbəti göstəricisidir. Universitetimizin qurulmasında və inkişafında pay sahibi olan
Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17


























