Böyük sənətkar Məşədi Məmməd Fərzəliyev ömrünün 60 ilini Azərbaycan və klassik şərq musiqisinin inkişafına həsr edib. Onun adı Azərbaycanın görkəmli xanəndələrindən Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu Məhəmmədin, Şəkili Ələsgərin və Zabul Qasımın adı ilə yanaşı çəkilir. Məşədi Məmmədin çox məlahətli səsi var idi və 0, gur zəngulə vuran bir xanəndə idi. Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə qədim Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu dilbər guşədə keçsə də, çox erkən doğma şəhərini tərk

Bu gün - 24 mart tarixi görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq, filologiya elmləri doktoru Şıxəli Qurbanovun anım günüdür. Onun ölümündən 53 il keçir... Şıxəli Qurban oğlu 1925-ci il avqust ayının 16-da Bakıda qulluqçu ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, 1941-1945-ci il müharibəsinə Leninqraddan (Sankt-Peterburq) Almaniyayadək döyüş yolu keçib. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni

Mehdi Məmmədov 1918-ci il mayın 22-də Şuşada papaqçı Əsədulla kişinin ailəsində dünyaya gəlib. O, doğulanda Azərbaycanda siyasi və iqtisadi vəziyyət stabil deyildi. İnsanların güzəranı da. Dolanışıq üçün onun da ailəsi Şuşadan Bakıya köçür. Gözünü dünyaya açar-açmaz siyasi proseslərin axarına düşür. 1931-ci ildə Bakıda 7 illik məktəbi bitirən Mehdi aktyor olmaq istəyirdi. Dindar Əsədulla kişi razılaşmır oğlunun istəyi ilə. Əlbəttə, onun üçün aktyorluq mütrüblük idi. Mehdini bu peşəyə sövq edən

Bu gün əməkdar atrist Vəfa Fətullayevanın anım günüdür. Dalidag.az aktrisa haqqında maraqlı faktları təqdim edir. Vəfa Nüsrət qızı Fətullayeva 1945-ci il avqustun 25-də Xalq artisti aktrisa Hökümə Qurbanovanın və rəssam Nüsrət Fətullayevin ailəsində doğulub. Atası Nüsrət Fətullayev Azərbaycan teatr tarixinə ən yaxşı rəssamlardan biri kimi düşüb. Bütün həyatını Milli Dram Teatrında səhnələşdirilmiş əsərlərin tərtibatına həsr edib. Əmisi Fateh Fətullayevi tamaşaçılar “Ögey ana” filmində İsmayılın

Dalidag.az böyük sənətkar, Xalq artisti Sara Qədimova haqqında maraqlı faktları təqdim edir. Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olsa da, hər kəs onu qarabağlı kimi tanıyıb. Əslən Ağdamın Abdal-Gülablı kəndindən idi. *** Atası Bəbiş kişinin böyük qızı idi Sara. Uşaqlıq illəri Abdal-Gülablı da keçib. Usta sənətkarların səslərinə heyran qalan Sara - Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin ecazkar ifalarını da ilk dəfə orda dinlədi. Atası onu Gülablıda qurulan

Dalidag.az görkəmli xalq rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadə ilə bağlı 8 faktı təqdim edir: 1. Əzim Aslan oğlu Əzimzadə 1880-ci ildə Novxanı kəndində dünyaya göz açıb. Atası Aslan kişi oğlunun təhsili üçün şəhərə köçüb, bənnalıq edib. 2. İlk təhsilini mollaxanada alan Əzim bir müddət sonra rus-tatar məktəbinə daxil olub. Burada oxuduğu illər ərzində rəsm çəkməyə xüsusi həvəs göstərib, ədəbi əsərlərə illüstrasiyalar çəkib. 3. İbtidai təhsilini uğurla bitirdikdən sonra

Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən oğurlanır, mənimsənilir və şəxsi nümunələr kimi təqdim olunur. Dalidag.az xəbər verir ki, milli mətbəximizi, musiqimizi, musiqi alətlərimizi və s. oğurlayaraq öz adlarına çıxarmağa adət edən ermənilərin daha bir sənət əsərimizi mənimsəmə cəhdi üzə çıxıb. Belə ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili

Dalidag.az məşhur kamança ifaçısı, Əməkdar artist Ədalət Vəzirov haqqında maraqlı faktları təqdim edir. Ədalət Səfərəli oğlu Vəzirov 27 aprel 1951- ci ildə Xızı rayonunun Dizəvər kəndində çoxuşaqlı musiqiçi ailəsində anadan olub. Onun atası Səfərəli Vəzirov dövrünün məşhur qarmon ustası, anası Gülbacı xanım isə orta məktəb müəlliməsi olub. Uşaqlarını musiqiçi kimi görmək istəyən Səfərəli kişi övladlarını hələ uşaq yaşlarından musiqiyə doğru istiqamətləndirib, kiçik ailə ansamblı yaratmaqla

Dalidag.az Xalq artisti Kamal Xudaverdiyev haqqında maraqlı faktları təqdim edir. Kamal Ağahüseyn oğlu Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Bir il sonra onun atası dünyasını dəyişir, üç il sonra isə müharibə başlayır. O, yeddinci sinfə qədər gündüz oxuyub. Səhərlər saat beşdə yuxudan oyanıb dəri sexinə qaçırmış. Orda dəri təmizləyir, müxtəlif xırda-para işlər görür, saat səkkiz olan kimi isə məktəbə gedərmiş. Orta təhsilini 6 saylı fəhlə-gənclər məktəbində başa vurub. İnqilabdan

Dalidag.az Xalq artisti Telman Adıgözəlov haqda maraqlı faktları təqdim edir. Əslən Ordubaddan olan Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakəndə anadan olub. Məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etməyə başlayıb. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib, Adil İsgəndərovun tələbəsi olub. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor teatr səhnəsində "Dəli yığıncağı", "Xurşudbanu Natəvan", "Mahnı
Yazı axını