Reklam
Namiq Dəlidağlının sözünün və şəxsiyyətinin portreti - YENİ NƏŞR
05-03-2026 11:37

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist, istedadlı şair Namiq Dəlidağlının “Namiq Dəlidağlı – Sözdə görünən adam” (fikirlərin toplusu: portret cizgiləri) kitabı işıq üzü görüb. Jurnalist-filoloqun 55 illik yubileyi münasibətilə nəşr olunan 368 səhifəlik kitab artıq oxuculara təqdim edilib. Kitabın redaktoru istedadlı şair, Prezident təqaüdçüsü Sevinc Qəribdir.
Nəşrdə Namiq Dəlidağlının yaradıcılığına həsr olunan ədəbi-tənqidi məqalələr, təhlil yazıları, doğmalarının və dostlarının onun haqqında fikirləri, eləcə də şairlə müxtəlif illərdə aparılmış müsahibələr və ona ithaf olunmuş şeirlərin bir qismi yer alıb.
Beş bölmədən ibarət kitabın:
- “Fikirlərin ünvanı” adlı birinci bölməsində şairin yaradıcılığını təhlil edən ədəbi-tənqidi yazılar toplanıb.
- “Görün, dostlar nə deyir...” adlı ikinci bölmədə müəllifin doğmalarının və dostlarının onun haqqında düşüncələri təqdim olunub.
- “Sual verdilər ki...” adlı üçüncü bölmədə müxtəlif dövrlərdə Namiq Dəlidağlı ilə aparılmış ədəbi müsahibələr yer alıb.
- “Misralarda göründüm” adlı dördüncü bölmədə ona ithaf edilən poetik nümunələr toplanıb.
- “Şəkillərdə qalan vaxt” adlı beşinci bölmədə isə şairin həyatının müxtəlif məqamlarını əks etdirən fotolar verilib.
Jurnalistika sahəsindəki operativliyi, obyektiv və qərəzsiz mövqeyi, ümumən yaradıcı insan kimi peşəkarlığı yüksək dəyərləndirilir.
Ömrünün yarısını məcburi köçkünlükdə keçirən Namiq Dəlidağlının indiyədək “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər”, “Sevgi sükutu” (Özbəkistan), “Mən zamana uduzdum” (Qırğızıstan) adlı şeir kitabları nəşr olunub. O, “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik toplusunun müəllifi, dörd publisistik kitabın isə həmmüəllifidir.
Layiqli görüldüyü Prezident təqaüdü, “Qızıl qələm” və digər ədəbi-media mükafatları, o cümlədən Qazaxıstanın “Əhməd Yasəvi” mükafatı və Qırğızıstanın “Çingiz Aytmatov – qızıl qələm” medalı onun yaradıcılıq uğurlarının göstəricisidir.
Namiq Dəlidağlı “Manevr.az” MMC, “Çovdar və Şahkərəm” MMC, “Dəlidağ.az” və “Sumqayitfakt.az” saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyi və Azərbaycan Jurnalistlər Birliyi Şərqi Zəngəzur Regional Təşkilatı Kəlbəcər bölməsinin sədridir. Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” xəbər portalının köşə yazarıdır.
Əminliklə demək olar ki, geniş oxucu kütləsi “Namiq Dəlidağlı – Sözdə görünən adam” kitabını da müəllifin digər əsərləri kimi maraqla oxuyacaq və məmnun qalacaq.

Rəna Təbəssüm
AJB və AYB-nin üzvü,
Mahmud Kaşğari mükafatçısı
Kateqoriya: Manşet / Poeziya-nəsr / Kitab köşkü
Tarix: 05-03-2026 11:37
Baxış sayı: 3254Yazı axını
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
Ən çox oxunanlar
10-04-2026 19:19




























