Reklam
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib -FOTO
31-05-2026 17:27
31 may – Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə Azərbaycan Hava Yollarının (AZAL) təyyarə bələdçilərindən ibarət heyəti Hökumə Əliyevanın ailə üzvləri ilə birlikdə Milli Qəhrəmanın İkinci Fəxri xiyabandakı məzarını ziyarət edib.Dalidag.az bildirir ki, AZAL-dan verilən məlumata görə, ziyarətçilər Hökumə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər və onun şücaətli həyat yolunu böyük hörmətlə anıblar.
AZAL heyəti Milli Qəhrəman pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun da əziz xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.




Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 31-05-2026 17:27
Baxış sayı: 479Yazı axını
19 / 06 / 2026
19 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
Ən çox oxunanlar




























