Reklam
Ermənistan sürətlə silahlanır: 2 milyardlıq yeni saziş...
27-05-2026 10:45
Ermənistan Hindistanla müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə genişləndirir.Dalidag.az bildirir ki, bu barədə “Tayms of İndia” qəzeti məlumat yayıb.
Məqalədə silahların alınmasının səbəbi kimi Ermənistanın müharibəyə hazırlaşması da dolayısı ilə vurğulanıb. Bildirilib ki, guya İrəvan “Azərbaycan-Pakistan-Türkiyə ittifaqından artan təhdidlər fonunda” silahlı qüvvələrini gücləndirmək üçün təxminən 2 milyard dollar dəyərində silah tədarükü müqavilələri imzalayıb.
“Bu addım Ermənistanın Ukraynadakı uzunmüddətli münaqişə səbəbindən Rusiyadan hərbi dəstəyin azalmasından sonra yeni təhlükəsizlik tərəfdaşları axtarmağa məcbur olması ilə əlaqədardır.
Əlaqələrin dərinləşdirilməsi çərçivəsində Ermənistan silahlı qüvvələrinin üç nəfərlik nümayəndə heyəti bu yaxınlarda Maharaştra ştatının Naşik şəhərindəki artilleriya məktəbini ziyarət edib. Ermənistan hərbçiləri Hindistanın təlim metodları haqqında məlumat əldə edib və canlı artilleriya atəşlərini müşahidə ediblər”, - məqalədə vurğulanıb.
Bundan əlavə, ötən ay Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Yeni Dehlidə Hindistan Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən Müdafiə Qərargahı rəisi general Anil Çauhan və Ordu Qərargahı rəisi general Upendra Dvivedi ilə yüksək səviyyəli danışıqlar apardığı xatırladılır.
Qeyd edək ki, Hindistan 2020-ci ilin 44 günlük müharibədən sonra Ermənistanın əsas müdafiə tərəfdaşlarından birinə çevrilib.
Kateqoriya: Sosium
Tarix: 27-05-2026 10:45
Baxış sayı: 358Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























