Reklam
Sərsəng su anbarı yenidən qurulacaq
03-06-2026 15:37

Bu il Sərsəng su anbarının yenidən qurulmasına başlanılacaq.
Dalidag.az xəbər verir ki, bunu “5 iyun Su təsərrüfatı və Meliorasiya işçiləri günü" peşə bayramı münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) təşkil etdiyi Qarabağ İqtisadi rayonuna mediatur çərçivəsində qurumun tabeliyində Regional Su Meliorasiya Xidmətinin idarə heyəti sədrinin müavinu İlham Qulliyev deyib.
O qeyd edib ki, su anbarının həcmi 560 milyon kubmetrdir:
“Anbarın faydalı həcmi isə 500 milyon kubmetrdir.
Sərsəng su anbarından qidalanan 50 meqavat gücündə su elektrik stansiyası mövcuddur. Su anbarından 20 kilometr aşağıda suyun tənzimlənməsi üçün Suqovuşan su anbarı mövcuddur.
Eyni zamanda 2022–2023-cü illərdə Suqovuşanın əsaslı təmiri və Tərtərçay sol sahil və magistral kanalının əsaslı təmiri həyata keçirilib. Qalan sağ sahil kanalı isə minalardan təmizlənmə yekunlaşdırıldıqdan sonra onun da əsaslı təmiri həyata keçiriləcəkdir.
Sərsəng su anbarının çox böyük əhəmiyyəti var. Sərsəng su anbarı bizim altı rayonumuzun təxminən 100 min hektara yaxın əkin sahəsinin suvarılmasını təmin edir. Bu da çox böyük əhəmiyyətə malikdir. İşğal zamanı erməni separatçıları anbarı bağlamışdılar. Su lazım olan vaxt onun aşağı hissələrə getməsinə mane olurdular, lakin su lazım olmayan zaman o suyu buraxırdılar ki, vətəndaşlarımz zərər çəksinlər”.
O qeyd edib ki, su anbarı bəndinin hündürlüyü 125 metrdir, bəndin uzunluğu 555 metr, yuxarı hissədən eni 12 metrdir:
“Suyun dərinliyi burada 103 metrdir. Suyun səviyyəsi Baltik sistemi üzrə isə 528 metrdir.
Hazırda təxminən Sərsəng su anbarına 320 milyon kubmetr su yığılıb və artıq suyun yığılması da davam edir”.
“Burada görülən işlərin hamısı Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçirilir”, - deyə o əlavə edib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 03-06-2026 15:37
Baxış sayı: 317Yazı axını
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
Ən çox oxunanlar
27-05-2026 18:57



























