Reklam
“Şanlı tariximizin parlaq səhifəsi – 28 May” adlı tədbir keçirilib -FOTO
26-05-2026 20:05
Bu gün Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Bağırlı, Günəşli, Çaykənd, Balaca İstisu, Tövlədərəsi, Dalqılınclı, Laçın, Cəmilli, Tatlar, Güneypəyə, Alçalı, Şaplar və Əsirlik kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir adına Mədəniyyət Evində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Şanlı tariximizin parlaq səhifəsi – 28 May” adlı tədbir keçirilib. Dalidag.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin əzəmətli sədaları altında başlamış, ardından Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən kitabxana əməkdaşları 28 May tarixinin Azərbaycan xalqının taleyində mühüm yer tutduğunu vurğulayaraq, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi tarixə düşdüyünü qeyd ediblər. Onlar müstəqilliyimizin qorunub saxlanılmasının və gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildiriblər.
Tədbir bədii hissə ilə davam edib. Məktəblilər və fəal oxucular tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, Azərbaycanın qəhrəmanlıq tarixini və dövlət müstəqilliyini tərənnüm edən musiqilər ifa olunmuşdur. İştirakçılar tərəfindən təqdim edilən mahnılar tədbirə xüsusi ruh və coşqu qatmış, dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır. Tədbirdə saz ustalarının ifasında milli musiqilər və aşıq havaları səsləndirilib.
Sonda tədbir iştirakçıları belə əlamətdar günlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını vurğulayıb, 28 May – Müstəqillik Gününün xalqımızın qürur və şərəf tarixi olduğu qeyd ediblər.
Dalidag.az












Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 26-05-2026 20:05
Baxış sayı: 3185Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























