Jalə Nağıyeva “Sücaət poeziyasında yurd itkisi və kollektiv yaddaşın poetik ifadəsi” mövzusunda çıxış edib

17-05-2026 13:15
   Xankəndidə keçirilən beynəlxalq konfransda Bakı Dövlət Universitetinin doktorantı Jalə Nağıyeva “Sücaət poeziyasında yurd itkisi və kollektiv yaddaşın poetik ifadəsi” mövzusunda məruzə ilə çıxış edib. 
Dalidag.az xəbər verir ki, bu günlərdə baş tutan VII Beynəlxalq Dədə Qorqud Türk Mədəniyyəti, Dil, Tarix və Ədəbiyyat Konfransı türk dünyasının müxtəlif ölkələrindən alim və tədqiqatçıları bir araya gətirdi. Tədbirdə türk xalqlarının dili, folkloru, tarixi, ədəbiyyatı və milli-mədəni yaddaşı ilə bağlı aktual elmi mövzular müzakirə olundu.

Jalə Nağıyevanın məruzəsi konfransın diqqətçəkən çıxışlarından biri oldu. O, Sücaət  poeziyasında yurd itkisini yalnız fərdi  duyğu kimi deyil, həm də kollektiv yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi modeli kimi təqdim etdi. Məruzədə qayıdışa ümid motivləri, intiqam ideyası, xatırlayıb yaşatmaq modeli və kimlik böhranı kimi mövzular geniş şəkildə təhlil olundu. Jalə Nağıyeva vurğuladı ki, poeziyada yurd həsrəti milli varlığın dirəniş çağırışı və yaddaşın yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Konfransın sonunda Jalə Nağıyeva beynəlxalq elmi tədbirdə fəal iştirakına və elmi töhfəsinə görə sertifikatla təltif olunub.
Qeyd edək ki, Xankəndidə keçirilən belə beynəlxalq elmi tədbirlər Türk dünyasının ortaq elmi və mədəni əlaqələrinin möhkəmləndirilməsi, həmçinin gənc tədqiqatçıların beynəlxalq akademik mühitdə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Konfransdan sonra iştirakçılar Xankəndi və Şuşanı ziyarət ediblər.

Dalidag.az


Kateqoriya: Manşet / Qarabağ
Tarix: 17-05-2026 13:15
Baxış sayı: 340
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını