Reklam
Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər
03-06-2026 10:40

Dalidag.az xəbər verir ki, o, Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı az sayda azərbaycanlının qəfildən şəhərə daxil olduğunu bildirib:
“Şuşa döyüşlərində məhdud sayda azərbaycanlı hərbçi var idi. Əvvəlcə qorxunun təsiri böyük olur və insanlar vəziyyəti dərhal şişirdirlər. Amma siz onların orada nə qədər olduğunu bilmirsiniz. Əslində isə Azərbaycan əsgərlərinin sayı çox az idi, çox-çox az”.
Aparıcının “Deyirlər, şəhərə ilk olaraq altı nəfər azərbaycanlı snayper-diversant daxil olmuşdu” fikrinə erməni döyüşçü belə cavab verib:
“Yaxşı, fərz edək ki, orada təxmini altı snayper var idi. Sonra isə azsaylı qruplar dağlar və qayalar vasitəsilə şəhərə sızdılar. Yəni onlar qayaları aşaraq Şuşaya daxil olurdular. Şəhərdə azsaylı azərbaycanlı bölmələri aşkar ediləndə bizimkilərin davranışı çox qəribə oldu, onlar şokda idilər. Söhbət kiçik bölmələrdən gedir. Mən bunu şəxsən müşahidə etmişəm ki, bizim bölmələr tez-tez öz qüvvələrinin atəşi altına düşürdü. Müharibə zamanı belə hallar zaman-zaman baş verir. Qəribə olan isə o idi ki, bir neçə saat ərzində bizim zirehli texnika öz qüvvələrimizi atəşə tuturdu”.globalinfo.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 03-06-2026 10:40
Baxış sayı: 354Yazı axını
23 / 06 / 2026
23 / 06 / 2026
22 / 06 / 2026
21 / 06 / 2026
19 / 06 / 2026
19 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
Ən çox oxunanlar




























