Reklam
Kəlbəcərdə mətbuat katibi işini itirdi
02-06-2026 11:18
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuranə Babayeva işindən ayrılıb. Dalidag.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
N. Babayeva bildirib ki, 2 ilə yaxın müddətdə icra etdiyi vəzifəsindən ayrılmaq qərarına gəlib:
"2 ilə yaxın müddətdə Kəlbəcərdə həyata keçirilən tarixi ilk böyük qayıdışın, ilk Şəhər Gününün, ilk festivalın və bir çox digər əlamətdar tədbirlərin təşkili və ictimaiyyətə çatdırılması prosesində yer almaq mənim üçün böyük şərəf idi.
Bu müddət ərzində Kəlbəcərin inkişafı və tanıdılması istiqamətində faydalı işlər görməyə çalışdım. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının ictimaiyyətə çatdırılmasında kiçik də olsa payımın olmasından qürur duyuram.
Bu şərəfli missiya zamanı Kəlbəcər sakinlərinin dəstəyini və sevgisini daim hiss etdim. Məhz onların dəstəyi sayəsində nə çətin relyef, nə də məhdud şərait gördüyümüz işlərə mane ola bildi. Kəlbəcər ictimaiyyətinin göstərdiyi etimad, dəstək və səmimi münasibət fəaliyyətim boyunca mənə əlavə motivasiya oldu.
Həmçinin, dəyərli media nümayəndələrinə və əziz həmkarlarıma xüsusi təşəkkürümü bildirmək istəyirəm. İstənilən çətin şəraitdə tədbirlərimizdə iştirak etdiyinizə, fəaliyyətimizi operativ və peşəkar şəkildə işıqlandırdığınıza, ictimaiyyətin düzgün məlumatlandırılmasına verdiyiniz töhfəyə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm.
Birlikdə çalışdığımız hər kəsə gələcək fəaliyyətində uğurlar arzulayıram" - paylaşımda bildirilib.
Dalidag.az
Kateqoriya: Media
Tarix: 02-06-2026 11:18
Baxış sayı: 366Yazı axını
22 / 06 / 2026
21 / 06 / 2026
19 / 06 / 2026
19 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
Ən çox oxunanlar



























