Reklam
Azərbaycanlı şairin “Şeir qadın” adlı kitabı Qazaxıstanda çap olundu -FOTO
19-04-2026 21:42
Dalidag.az xəbər verir ki, kitabda Rəsmiyyə Sabirin zəngin poetik dünyasını əks etdirən seçmə şeirlər yer alıb. Müəllif insan ruhunun dərin qatlarına enərək vətən sevgisi, şəhidlik və azadlıq uğrunda mübarizə kimi əbədi mövzuları yüksək bədii dillə təqdim edib.
Kitabdakı şeirlərdə Qarabağ ağrısı, Şuşa həsrəti və qələbə sevinci ilə yanaşı, insanın daxili iztirabları, mənəvi axtarışları və həyatın faniliyi fəlsəfi baxımdan dərindən işlənilib. Müəllifin səmimi və təsirli üslubu oxucunu həm düşündürür, həm də duyğulandırır.
Rəsmiyyə Sabirin poeziyası yalnız Azərbaycanda deyil, bütövlükdə Türk dünyasında geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır və yüksək dəyərləndirilir. Onun şeirləri müxtəlif dillərə tərcümə olunmuşdur.
“Şeir qadın” kitabı Qazaxıstan oxucusuna müasir Azərbaycan poeziyasını tanıtmaqla yanaşı, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər fonunda türk xalqları arasında ədəbi körpü rolunu oynayır.
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 19-04-2026 21:42
Baxış sayı: 3338Yazı axını
21 / 06 / 2026
19 / 06 / 2026
19 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
Ən çox oxunanlar





























