Reklam
Namiq Dəlidağlının Qırğızıstanda şeirlər kitabı nəşr edilib -FOTO
31-03-2026 10:09
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının Qırğızıstanda “Men ubakıttan utuldum” (“Mən zamana uduzdum”) adlı şeirlər kitabı nəşr olunub.Dalidag.az xəbər verir ki, Qırğızıstan Yazıçılar Birliyi Oş vilayəti bölməsinin tövsiyəsi və həmin bölmənin rəhbəri, Oş Dövlət Universitetinin müəllimi Bermet Zakirovanın rəyi əsasında nəşr edilən bu kitab, eyni zamanda iki qardaş xalq arasında qurulan ədəbi körpülərin möhkəmləndiyini göstərən, sözün sərhəd tanımadığını sübut edən mənəvi bir görüş, qələm adamlarının ədəbiyyata və ulu sözə olan ehtiramının təzahürüdür. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Muqimcon Nurboyevdir.
Qeyd edək ki, Namiq Dəlidağlının indiyədək “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər”, “Sevgi sukunti” (“Sevgi sükutu”) (Özbəkistan) adlı şeir kitabları, Şuşa fatehlərindən olan şəhid Sahib Musayevin qəhrəmanlığından bəhs edən “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik toplusu, eləcə də “Namiq Dəlidağlı – Sözdə görünən adam” portret cizgiləri kitabı işıq üzü görüb. O, həmçinin dörd publisistik toplunun həmmüəllifidir.
Namiq Dəlidağlı eyni zamanda bir çox kitabın redaktoru, tərtibçisi və ön söz müəllifidir. Onun şeir və məqalələri ABŞ, Cənubi Koreya, Türkiyə, Pakistan, Orta Asiya, eləcə də bir sıra Avropa ölkələrinin mətbuatında ardıcıl dərc olunur. Şeirləri həm Azərbaycanda, həm də xaricdə nəşr edilən müxtəlif ədəbi toplularda yer alıb.
“Men ubakıttan utuldum” şeirlər toplusu müəllifin ölkə xaricində nəşr olunan sayca ikinci kitabıdır.
Nigar Nəriman
Dalidag.az
Kateqoriya: Manşet / Poeziya-nəsr / Kitab köşkü
Tarix: 31-03-2026 10:09
Baxış sayı: 37Yazı axını
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
27 / 03 / 2026
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
13 / 03 / 2026
13 / 03 / 2026
12 / 03 / 2026
Ən çox oxunanlar




























