Reklam

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Hadrut qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr doğma yurdlarına qovuşub. Dalidag.az xəbər verir ki, Hadrut qəsəbəsi bu gün 6 ailə olmaqla, 26 nəfərə qucaq açıb. Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət

Azərbaycan və Ermənistan mütəxəssisləri iki ölkənin inzibati sərhədində yerləşən Zod (Söyüdlü) qızıl yatağı ətrafında ilkin texniki kəşfiyyat və tədqiqat işləri aparıb. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib. Xatırladaq ki, sözügedən texniki kəşfiyyat işləri delimitasiya prosesindən əvvəl gələn və sərhəd layihəsini hazırlamaq üçün faktiki coğrafi şəraiti öyrənməyə xidmət edən ilkin texniki addımdır. Zod qızıl mədəni

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin qorunması, o cümlədən xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədi ilə yeni milli parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb. Dalidag.az xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib. Bununla əlaqədar, Nazirlik

Növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Dalidag.az xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim

İşğaldan azad olunmuş Şuşa şəhərində Zəfər Gününün 5 illiyi ilə əlaqədar hərbi yürüş keçirilir. Dalidag.az xəbər verir ki, qəhrəman Azərbaycan hərbçilərinin yürüşü Şuşa şəhərindəki Bayraq meydanından başlayıb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atmasıü ilə nəticələnib. Azərbaycanın 30 ilə

30 ildən artıq müddətdə düşmən işğalında olmuş ərazilərimizdəki keçmiş döyüş postlarının yeni kadrları yayımlanıb. Dalidag.az xəbər verir ki, Ağdam rayonunda çəkilən görüntülərdə düşmənin uzun müddət müşahidə və atəş nöqtəsi kimi istifadə etdiyi mövqelər, səngər strukturu və qurulan rabitə sistemləri əks olunub. Səngərlər əsasən kustar üsulla hazırlanmış beton dirəklərlə möhkəmləndirilib. Eyni zamanda, ermənilərin borulardan hazırladığı partlayıcı qurğuların bəziləri hələ də ərazidə
Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanları yola salınıb - Foto
(29-10-2025, 08:46)
(29-10-2025, 08:46)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Ağdərə rayonunun Həsənriz və Ağdam rayonunun Xıdırlı kəndlərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları oktyabrın 29-da yola salınıb. Dalidag.az -ın xəbərinəgörə, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 91 ailə (366 nəfər), Ağdərə rayonunun

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam edir. Dalidag.az xəbər verir ki, oktyabrın 28-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları Ağdamdan Xocalının Ballıca, Təzəbinə və Badara kəndlərinə yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 13 ailə - 51 nəfər, Təzəbinə kəndinə 17 ailə - 72 nəfər, Badara kəndinə isə 17 ailə - 62
Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb - Şəkil
(28-10-2025, 08:44)
(28-10-2025, 08:44)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dalidag.az xəbər verir ki, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə - 71 nəfər, Sos kəndinə isə 10 ailə - 42 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. Dalidag.az xatırladır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan
Yazı axını
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
Ən çox oxunanlar




























