Reklam
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
12-09-2026 10:26

Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri davam edir.
Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə işğaldan azad edilmiş ərazilərə səfərinin ilk günü ilə bağlı videoçarx paylaşıb.
Onun sözlərinə görə, hazırda xarici diplomatlar Ağdərə və Kəlbəcər istiqamətində səfərini davam etdirir.
Qeyd edək ki, səfərin ilk günündə xarici diplomatlar Xankəndi və Şuşada olublar.
Xatırladaq ki, Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 12-09-2026 10:26
Baxış sayı: 310Yazı axını
12 / 09 / 2026
11 / 09 / 2026
11 / 09 / 2026
10 / 09 / 2026
10 / 09 / 2026
08 / 09 / 2026
07 / 09 / 2026
07 / 09 / 2026
05 / 09 / 2026
04 / 09 / 2026
04 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
Ən çox oxunanlar




























