Reklam
Xocavəndə növbəti köç karvanı yola salınıb
15-09-2026 08:32

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Dalidag.az xəbər verir ki, Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə – 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə – 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə – 41 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 15-09-2026 08:32
Baxış sayı: 394Yazı axını
06 / 11 / 2026
05 / 11 / 2026
04 / 11 / 2026
04 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
02 / 11 / 2026
02 / 11 / 2026
01 / 11 / 2026
31 / 10 / 2026
30 / 10 / 2026
30 / 10 / 2026
29 / 10 / 2026
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
Ən çox oxunanlar





























