Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç prosesi baş tutub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə (162 nəfər) doğma yurduna qayıdıb. Onların 35 ildən sonra Xankəndiyə qayıdışı böyük coşqu ilə qarşılandı.Əvvəlcə Dövlət Himni səsləndirildi. Bizə torpaqlarımızı

Xankəndi şəhərinə yanvarın 21-də ilk köç olacaq. Dalidag.az -ın məlumatına görə, müxtəlif yerlərdə məskunlaşan, çətin şəraitdə yaşayan məcburi köçkünlərin bir qismi Xankəndinə köçürüləcək. Xatırladaq ki, dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub. Dalidag.az

Yanvarın 18-i axşam saatlarından etibarən Xankəndi şəhərinə 10-15 santimetr hündürlüyündə qar yağıb. Dalidag.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, hazırda müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında kommunal xidmət sahəsində hər hansı bir problem yoxdur.

İşğaldan azad edilən Ağdərə şəhərinin baş planı hazırdır. Dalidag.az xəbər verir ki, bu barədə Prezidentin izi ilə şəhərə təşkil edilən mediatur çərçivəsində bildirilib. Qeyd olunub ki, Ağdərə şəhərinin Baş planı artıq təqdim edilib və buna əsasən şəhərdə əhalinin məskunlaşma ərazisi artırılacaq. Belə ki, şəhərin hazırda 444 hektar təşkil edən ərazisi 522 hektara çatdırılacaq. Həmçinin 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş planın

Ermənistan əsgərləri Qaragöl yaxınlığındakı posta gedərkən Azərbaycan sərhəd məntəqəsinin düz yanından keçirlər. Dalidag.aź -ın məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 13-də jurnalistlərə açıqlamasında bildirib. Nazir həmin yerdə Azərbaycan hərbçilərinin erməni əsgərləri saxlayıb yoxladığı barədə iddialarla razılaşmayıb. O, erməni əsgərlərin Azərbaycan sərhəd məntəqəsinin yaxınlığından keçdiyini təsdiqləyib, lakin onların yoxlandığını təkzib edib. S.Papikyan

Radiomonitorinq şəbəkəsinin genişləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi tərəfindən Ağdam şəhərində yeni avtonom radiomonitorinq stansiyası qurularaq istismara verilib. İdarədən bildirilib ki, Günəş enerjisi ilə işləyən stansiya müasir SDR (proqram əsaslı radioqəbuledici) texnologiyası və proqram təminatı əsasında fəaliyyət göstərməklə Ağdam şəhəri və ətraf ərazilərdə yerli və kənar radioyayımlara, eləcə də

D ekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb. Axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb. Dalidag.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlərin gücləndirilmiş iş rejiminə keçdiyi bildirilib. Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində

Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, eləcə də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə 7 ailə - 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə isə 15 ailə - 66 nəfər Ağdam rayonu ərazisindən yola salınıb. Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə dekabrın 20-də ilk köç karvanı yola salınıb. Dalidag.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 30 ailə (115 nəfər) köçür. Dalidag.az

Dekabrın 17-də doğma yurduna yola salınan köç karvanı Laçın şəhərinə çatıb. Dalidag.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bu mərhələdə Laçın şəhərinə 69 nəfərdən ibarət 17 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Dalidag.az
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21 / 04 / 2026