Reklam
Bakı sakini Şuşada minaya düşdü
28-09-2026 18:34
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bayramov Bəxtiyar Mirzə oğlunun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", - məlumatda vurğulanıb.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 28-09-2026 18:34
Baxış sayı: 343Yazı axını
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
Ən çox oxunanlar
05-10-2026 19:30





























