Reklam
Kərkinin qaytarılması ilə bağlı Ermənistandan açıqlama
29-09-2026 10:34

“Ermənistan və Azərbaycan arasında anklavlar məsələsi sərhədlərin delimitasiyası prosesi çərçivəsində həll olunacaq”.
Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın delimitasiya komissiyasının rəhbəri, baş nazirin müavini Mqer Qriqoryanın ofisindən Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirilib.
“Ermənistan-Azərbaycan dövlət sərhədinin ayrı-ayrı hissələrinin, o cümlədən anklav və eksklavlarla bağlı işlər “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçiriləcək”, - açıqlamada qeyd olunub.
Həmçinin vurğulanıb ki, komissiyaların fəaliyyəti birgə iclasların və işçi görüşlərin keçirilməsi qaydalarına uyğun olaraq dərc edilir.
Baş nazirin müavininin ofisi xatırladıb ki, komissiyalarda təmsil olunan vəzifəli şəxslər iclasların və işçi görüşlərin sənədlərinə istinad edərkən yalnız razılaşdırılmış və KİV üçün təsdiq edilmiş məlumatların məzmununu olduğu kimi təqdim edə bilərlər:
“İclasların və birgə işçi görüşlərin nəticələrinə dair KİV üçün yayımlanan məlumatların hərfi məzmunundan kənara çıxan istənilən rəsmi istinad, habelə onların izahı və ya şərhləri yolverilməzdir və etibarsız hesab olunur”.teleqraf
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 29-09-2026 10:34
Baxış sayı: 342Yazı axını
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
Ən çox oxunanlar
05-10-2026 19:30





























